sedanews.az
sedanews.az

Azərbaycanda 58 kişi qadın zorakılığına məruz qaldı

21-05-2025, 11:22


Ötən il Azərbaycanda gender əsaslı zorakılıqla bağlı 860 müraciət qeydə alınıb.
sedanevs.az xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında əksini tapıb.
Zorakılığa məruz qalmaları ilə bağlı müraciət edənlərdən 272 nəfəri qadın, 58 nəfəri isə kişilərdir. Onlar Dövlət Komitəsindən dəstək istəyiblər.
Müraciətlərin 205-i Bakıdan, 125-i isə regionlardan daxil olub. Müraciət edənlərin 137-si evli, 140 nəfəri subay, 53 nəfər isə boşanmışdır. Yaş statistikasına görə, müraciət edənlərdən 77 nəfər 0-18 yaş, 145 nəfər 19-35, 80 nəfər 36-55, 28 nəfər isə 56 yaşdan yuxarı şəxslər olub.
Ümumi müraciət edənlərin 86 nəfəri məşğul, 244 nəfəri isə işsiz, 64 nəfər ali təhsilli, 177 nəfər orta təhsilli, 89 nəfər isə təhsilsizdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA