sedanews.az
sedanews.az

Polkovnik şok faktı açdı: Rusları belə dayandırdıq!

5-04-2021, 11:41 13 dəfə baxılıb

Polkovnik şok faktı açdı: Rusları belə dayandırdıq! 


Rusiya genişmiqyaslı təcavüz həyata keçirərsə, Ukrayna ordusu sərt cavab verməyə hazırdır.
Axar.az xəbər verir ki, bu barədə "Espresco"nun efirində Ukrayna Silahlı Qüvvələrinin polkovniki Taras Qren deyib.
Qren bildirib ki, Rusiya yalnız güc dilini anlayır, Ukrayna hərbçiləri isə həmin gücü göstərməyə qadirdir:
"2014-cü il bizə sübut etdi ki, rusiyalılar yalnız bir şeyi başa düşür, o da güc. O zaman rusları Summı şəhəri tərəfdən zərbə endirməyə qoymayan yeganə amil güclü cavab zərbəsi idi. Onlar qorxdular. Ondan sonra kifayət qədər böyük bir qrupla şəhərin sərhədində dayanmışdılar. Həmin vaxt onlar artıq öz tanklarını ağ rəngə boyamışdılar, guya ki, "sülhməramlıdırlar". Amma qorxdular".
Onun sözlərinə görə, Donbasda eskalasiya olsa, Rusiyanı ağır itkilər gözləyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA