Bu halda Rusiya Krımdan qaçacaq - Çiygöz
Yarımadadakı kəskin su çatışmazlığını nəzərə alaraq, Moskva bu problemi həll etmək üçün hər fürsətdən istifadə edəcək.Axar.az xəbər verir ki, bunu ukraynalı deputat, Krım-Tatar Məclisi rəhbərinin müavini Axtem Çiygöz deyib.
Onun sözlərinə görə, Kreml Krımın Dneprin suyu ilə təmin edilməsi üçün Ukrayna rəhbərliyinə təzyiq göstərəcək:
“Rəsmi Kiyev də yarımadanın işğaldan azad olunması ilə bağlı mövqeyinin qətiliyini nümayiş etdirməlidir. Belə olan təqdirdə Rusiya öz planlarından imtina etməli olacaq. Onlar öz planlarını tullayıb, tez bir zamanda Krımdan qaçacaqlar”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.