XXI əsrdə Ermənistan qədər nasizm, neonasizm, irqçilik, rasizm (irqi ayrı-seçkilik), ksenofobiya və dözümsüzlük hallarının ən çox müşahidə edildiyi ikinci ölkəyə rast gəlmək mümkün deyil. Ermənistanın faşist, milliyyətçi gənclər hərəkatı, eləcə də irqçilik məqsədi daşıyan "Tseqakronizm" adlı hərəkatı yaratmış, milliyyətçi məqsədlərinə çatmaq üçün "Hitlerlə hərəkət etməyi öyrənməliyik" deyən Qaregin Njdeni milli qəhrəman elan etməsi bunun bariz nümunələrindən biridir.Ermənistanda 2004-cü ildə hakim partiyanın "Qaregin Njde və onun təlimləri"ni nəşr etdirməsi, 2016-cı ildə Ermənistanın paytaxtı İrəvanda, hökumət binasının yanında 6 metrlik yüksəklikdə ucaldılan Njdenin abidəsinin açılışı buna növbəti sübutdur. Bu abidə nasizm qurbanlarının, eləcə də faşistlər əleyhinə mübarizə aparmış əsgərlərin xatirəsinə təhqirdir. Faşizmin təbliği və təşviqi, ona xidmət etmiş canilərin əbədiləşdirilməsi Ermənistanda dövlət siyasətinə çevrilib.
Bu günə kimi də dözümsüzlük və nifrət zəminində çağırışların sayının olduqca çox olduğu Ermənistanda öz yerli əhalisindən və barmaqla sayılacaq sayda rus milliyətindən olan yaşlı sakinlərindən başqa xalqların, millətlərin nümayəndələri yoxdur. Bu faktın özü bir daha Ermənistanda irqi ayrı-seçkiliyin (rasizm) pik həddə olduğunu sübuta yetirən növbəti faktordur. Azərbaycan torpaqlarını işğal etmiş və xalqımıza qarşı insanlığa sığmayan qırğınlar törətmiş Ermənistan nəinki region, bütün dünya üçün böyük təhlükə mənbəyidir.
Bunun təsdiqi kimi bir neçə gün öncə Fransada ermənilərin küçədə qrup şəklində Qambiyadan olan qaradərilini döyərək öldürməsi faktını göstərmək kifayətdir. Hadisənin videosu görüntüsü bir daha erməni vəhşiliyini dünya ictimiyyəti üçün yaxından tanıtmaq baxımından olduqca vacib materialdır. Fransanın Sent-Etyen şəhərində 28, 32 və 63 yaşlı 3 erməni 26 yaşlı qambiyalı gəncə dörd bıçaq zərbəsi vuraraq qətlə yetirib. Hadisə yerli sakinlərin gözü qarşısında baş verib.
Ətrafdakı sakinlərin telefon vasitəsilə çəkib, sosial şəbəkələrdə paylaşdıqları videodan ermənilərin qəddarlığı aydın görünür. Videoda ermənilərin vurduğu bıçaq yaralarından müvazinətini saxlaya bilməyib yerə yıxılan qambiyalı gəncə erməninin hücum edərək təpikləməsi isə erməni barbarlığının növbəti təzahürüdür. Hadisədən sonra Sent-Etyen şəhərinin sakinləri erməni qatillərə görə ayağa qalxıb. Rasizm zəminində baş verən hadisəyə görə dünəndən etibarən afrikalılar ermənilərin törətdikləri qətl hadisəsinə etiraz nümayişi edərək, amansızcasına öldürülən qambiyalı Yusuf üçün ədalət tələb ediblər. Nümayişə Sent-Etyen şəhərinin merinin də qatıldığı qeyd edilir.
Fransa dövlətinin dərin irqçilik, anti-immiqrant və islamafob yol xəritəsini nəzərə alsaq, bu insident sırf cəmiyyəti qarışdırmaq üçün də atılmış addım ola bilər. Fakt isə faktığında qalır ki, ermənilər yenə sahiblərinə xidmət göstərirlər.
Fransada Makronun ermənipərəst açıqlamalarından həvəsə düşən ermənilər özlərini burada immunitetli hesab edərək özbaşınalıqlara başlayıblar. Bu amansız qətl hadisəsi bir daha göstərir ki, ermənilər digər millətlərə, irqlərə nifrətlə yanaşırlar, imperialist qüvvələr üçün maşa qolunu, katalizator rolunu oynamaqdan əl çəkmirlər. Bu hadisə ermənilərin son illər törətdikləri ilk belə fakt deyil.
Hər il 24 aprel qondarma "erməni soyqrımı"nın ABŞ tərəfindən tanınması ərəfəsində xüsusilə canfəşanlıq göstərən erməni lobbisi bu il də ənənəsinə sadiq qaldı. ABŞ-ın yeni prezidenti Co Baydenin "soyqrımı" ifadəsini işlətməsi belə erməni lobbisinin 44 günlük II Qarabağ müharibəsindəkı ağır məğlubiyyəti qəbullandıra bilmədi. Düşmən okeanın o tayında belə yenə öz məkirli niyyətini, xislətini bütün dünyanın gözü qarşısında nümayiş etdirdi. Belə ki, bu ilin 24 aprel ərəfəsində Los Ancelesdə erməni milliyyətçiləri tərəfindən azərbaycanlılara qarşı zorakılığa səsləyən aksiya keçirildi. Los Ancelesin mərkəzində Erməni Gənclər Federasiyası və Amerika Erməniləri Milli Komitəsindən olan radikal daşnak ermənilər Azərbaycan bayrağına bükülmüş manekeni etnik zorakılığa çağırışlar edərək "edam" etmələri hadisəsi azğınlaşmış erməni idarəçiliyinin dərinləşən nasizm nümunəsi olsa da, "demokratiyanın beşiyi"ndə onlara gözün üstə qaşın var deyən tapılmadı.
Təxminən eyni vaxtda ermənilər tərəfindən növbəti vəhşilik Fransada türk ailəyə qarşı törədilib. Aprelin 24-də 40 nəfərə qədər erməni əllərində beysbol dəyənəyi, bıçaq və dəmir parçaları ilə həmin türk ailənin evinə soxulublar. Hətta ermənilər silahla havaya atəş də açıblar. Hücum edən ermənilərin içərisində 44 günlük müharibə zamanı Qarabağa gedən ermənilərin də olduğu müəyyən edilib. Hadisə nəticəsində türk ailənin 4 üzvü yaralanıb. Onlardan 3-ü xəstəxanaya yerləşdirilib. Bu hadisələrin eyni ərəfədə baş verməsi sifarişin eyni mənbədən olduğu və öncədən planlaşdırıldığını göstərir.
Bu dözümsüzlük təkcə Azərbaycana və Türkiyəyə qarşı deyil, bu, daha geniş vüsət alıb. Dünya çapında Ermənistan ən çox antisemitizim çağırışları edən ölkədir. BMT Baş Assambleyası tərəfindən dəfələrlə illik əsasda "Nasizmin qəhrəmanlaşdırılması, irqçilik, rasizm, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və digər növlərinə qarşı mübarizə" adlı qətnamələr qəbul edilib. Hesab edirəm ki, beynəlxalq təşkilatlar Ermənistana qarşı daha ciddi tədbirlər görməlidir, əks halda Ermənistan dünya üçün böyük təhlükəyə çevriləcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Bəs, generallar Bakıya “çatırdı”: hara qaçdılar? - Korotçenko
Ermənilər Holokost abidəsini təhqir etdi
Əvəz Zeynallı kimdir və onun haqqında həqiqətlər
Hövsanda sakinlərin sualı: Bələdiyyə haradadır?
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Qalibiyyət ruhlu xalq
Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanı qarşılayıb, təkbətək görüş olub
Ərdoğan Azərbaycanı təbrik edib
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib (FOTO/VİDEO)
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib (FOTO/VİDEO)
Sabah 35 dərəcə isti olacaq
Daha 220 keçmiş məcburi köçkün vətəninə qayıdır
Bakının bəzi ərazilərində qaz olmayacaq
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Azərbaycanda Bilik Günüdür
Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyət verildi
Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək
Ceyhun Bayramov Aİ rəsmisi ilə görüşdü - sülhü müzakirə etdi
Muxtar Babayev: 2030-cu ilə qədər elektrik enerjisinə investisiyalar 600 milyard dollara çatmalıdır
Avqustda qiyməti artan mal və xidmətlərin adları açıqlandı - FOTO
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramı təsdiqlənib
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
Minlərlə azərbaycanlı “qara siyahı”ya düşdü - ölkəyə buraxılmayacaqlar
Şəkidə istirahət mərkəzində iki nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
Leyla Əliyeva və Arzu Əliyeva Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak ediblər
Nazirlər Kabinetindən ADSEA ilə bağlı QƏRAR
Prezident və birinci xanım Şarovskinin vida mərasiminə əkil göndəriblər
Bağçalara növbəyə yazılma başlayır
Bağçalara növbəyə yazılma başlayır
Qızıl və gümüş ucuzlaşıb
Yol polisi sürücülərə müraciət etdi
Azərbaycan nefti bir gündə 87 sent bahalaşdı
Xalq artisti Aleksandr Şarovski vəfat edib
Dünya xəritəsi yeniləndi – Ölkələrin ölçüləri dəyişib
Bu müəllimlər imtahana cəlb olunacaqlar
İqlim gündəminin diqqəti Bakıda: mühüm toplantı başladı
Məktəblərin qarşısında təhlükəsizlik tədbirləri GÜCLƏNDİRİLİR
Prezident iki ölkəyə səfir təyin etdi
Bakıda bal yarmarkası keçiriləcək
Payız Azərbaycana bu tarixdə gələcək - Dəqiq saat AÇIQLANDI
Sabah temperatur 35 dərəcəyə çatacaq
Azərbaycan neftinin qiyməti kəskin artdı - 105 dollar oldu
Putin “səfərbərlik olmayacaq” dedi - amma azərbaycanlılar rahat olmasın!
Bakıda 15 bina söküləcək – SİYAHI
İlham Əliyev Melonini təbrik etdi
Samuxda qarayara yayılır? - Nazirlikdən AÇIQLAMA
Azərbaycanda 1400-dən artıq şəxs orqan və toxuma transplantasiyası üçün növbə gözləyir - RƏSMİ
Bakıda motosikletli təcili yardım: TƏBİB sayını açıqladı
Altsheymer xəstəliyinin səbəbləri və gizli simptomları
Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorda dünya çempionu olub
Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb
Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzalandı
Bu gün UFC Fight Night Baku keçiriləcək
Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina etdi - FOTO
İdman zalında qəfil ölümlər - Azərbaycanda və dünyada məşhur simaların faciəli taleləri
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi
Şimali Kiprdə matəm elan edildi
Nepaldakı sel fəlakətində 1 500 insan itkin düşüb