sedanews.az
sedanews.az

Bəs, generallar Bakıya “çatırdı”: hara qaçdılar? - Korotçenko

17-12-2020, 10:53 456 dəfə baxılıb

Bəs, generallar Bakıya “çatırdı”: hara qaçdılar? - Korotçenko

Erməni cəmiyyətinin bir hissəsinin və müxalifətin Baş nazir Nikol Paşinyana müraciəti ona deyil, müharibədə məğlub olan Ermənistan silahlı qüvvələrinə ünvanlanmalıdır.
Bunu “Milli Müdafiə” jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
Onun sözlərinə görə, iddialar Qaregin Njdenin fikirləri ilə aldadılan erməni cəmiyyətinə yeni bir müharibənin baş verəcəyi təqdirdə Bakıya çatacaqlarını vəd edən, nəticədə isə İrəvana qaçan generallara, eləcə də erməni sakinlərini gözəgörünməz “aslan döyüşçülərin zəfərləri” ilə zombiləşdirən erməni təbliğatçılarına qarşı olmalıdır:
“Nəticə olaraq, Ermənistan “köhnə hamam, köhnə tas” ilə qalaraq əlində olanı da itirdi. Paşinyanın bununla nə əlaqəsi var? O, yalnız məğlubiyyətin simvolu və simasıdır”.
Axar.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA