sedanews.az
sedanews.az

Qubadlı-Zəngilan cəbhəsi də açıldı: döyüşlər gedir - Müdafiə Nazirliyi

20-10-2020, 10:20 560 dəfə baxılıb

Qubadlı-Zəngilan cəbhəsi də açıldı: döyüşlər gedir - Müdafiə Nazirliyi


Azərbaycan Müdafiə Nazirliyi bu gün cəbhənin müxtəlif istiqamələrində döyüşlərin getdiyinə dair rəsmi məlumat yayıb.

Modern.az xəbər verir ki, rəsmi məlumatda diqqətçəkən məqamlardan biri cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətləri ilə yanaşı, Qubadlı-Zəngilan istiqamətlərində savaş getdiyinin qeyd olunmasıdır.
Bu isə o deməkdir ki, rəşadətli ordumuz artıq işğaldan azad edilmiş Cəbrayıl rayonunu geridə qoyaraq Qubadlı-Zəngilanın sərhədinə çatıb.  
Bu istiqamətdə müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edir. Düşmən isə öz növbəsində müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.
Xatırladaq ki, bu günə kimi Müdafiə Nazirliyinin rəsmi məlumatlarında cəbhənin Qubadlı-Zəngilan istiqamətlərindən bəhs olunmamışdı…






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA