sedanews.az
sedanews.az

Xankəndidə ilk: azərbaycanlı vəzifəyə təyin edildi - 29 il sonra

22-12-2020, 09:50 553 dəfə baxılıb

Xankəndidə ilk: azərbaycanlı vəzifəyə təyin edildi - 29 il sonra

Azərbaycan Respublikası Ədliyyə nazirinin əmrinə əsasən, işğaldan azad edilmiş ərazilərdə yerli ədliyyə qurumlarının yeni strukturu və ştat bölgüsünün təsdiq edilməsi ilə əlaqədar müvafiq vəzifələrin icrası barədə verilən təkliflər və müraciətlər nəzərə alınaraq, Xankəndi şəhər icra və probasiya şöbəsinin rəisi vəzifəsinin icrası Xocalı şəhər icra və probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri Rac Şükür oğlu Bəşirova həvalə edilib.
Axar.az xəbər verir ki, bu barədə Xocalininsesi.info məlumat yayıb.
Xankəndi şəhər icra və probasiya şöbəsinə rəis təyin edilən Rac Bəşirov Beynəlxalq Universitetinin Hüquq fakültəsini bitirib. O, 2003-cü ildən 2008-ci ilə qədər Xocalı rayon İcra Hakimiyyətində Hüquq şöbəsində hüquqşünas vəzifəsində işləyib. 2008-ci ildən indiyə qədər Xocalı şəhər icra və probasiya şöbəsinin rəisi vəzifəsində çalışır. Qeyd edək ki, Rac Bəşirov Xankəndi və Xocalı şəhər icra və probasiya şöbələrinə rəhbərlik edəcək. Hər iki şöbə hələlik Goranboy rayonunun Meşəli qəsəbəsində fəaliyyət göstərir.
29 ildən sonra ilk dəfədir ki, Xankəndidə rəsmi quruma Azərbaycan vətəndaşı rəhbər təyin edilib. Artıq Xankəndi şəhər və Kərkicahan qəsəbə sakinlərinin müraciət edə biləcəkləri hüquq orqanı vardır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA