sedanews.az
sedanews.az

Düşmənin canına qorxu salan, əsgərini döyüş meydanından çıxararkən şəhid olan igidimiz - FOTO

23-12-2020, 10:15 670 dəfə baxılıb

Düşmənin canına qorxu salan, əsgərini döyüş meydanından çıxararkən şəhid olan igidimiz - FOTO

30 ilə yaxın həsrətdən sonra hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini darmadağın edərək uzun illərdən bəri düşmən tapdağında olan tarixi dədə-baba torpaqlarımızı işğaldan azad etdi. 
44 gün davam edən Vətən Müharibəsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər.
Onlardan biri də Nəcəfov İlkin Misir oğludur. 
Şəhid 1989-cu il, noyabrın 17-də Salyan rayonu Şikarlı kəndində anadan olub. O, 2007-ci ildə orta məktəbi bitirib Heydər Əliyev adina Ali hərbi məktəbə daxil olub. 2011-2012-ci illərdə leytenant kimi zabitləri təkmilləşdirmə kursunu uğurla bitirib və Tərtər rayonunda yerləşən N-saylı hərbi hissədə xidmət göstərib.
İlkin Nəcəfov Aprel döyüşlərində də iştirak edib. Həmin döyüşlər zamanı Ağdamın Süsənli kəndi ətrafında gedən hərbi əməliyyatda iştirak edib. Elə həmin il 26 iyun Silahlı qüvvələrin yaranmasının ildönümü münasibəti ilə döyüş və ictimai-siyasi hazırlıqda, nizam-intizamda əldə etdiyi yüksək nəaliyyətlərə görə Fəxri fərmanla təltif olunub.
Şəhid 2018-cil il 26 iyun Azərbaycan ordusunun 100 illiyi ”Yubiley Medalı” və Azərbaycan Respublikasına Qüsursuz xidmətinə görə 3-cü dərəcəli medalla təltif olunub. 2019-cu ildə ona "kapitan" rütbəsi verilib. 
2020-ci il sentyabr ayının 27-i xidmət etdiyi hərbi hissədən cəbhəyə yollanıb və Fizuli istiqamətində gedən düyüşlərdə qəhrəmancasına iştirak edib.
İlkinin ailəsi onun cəbhədə olmasından xəbərsiz olub. Anası ilə telefonla danışan zaman təlim keçdiyini bildirib.
Döyüşlər zamanı düşmənin bir çox hərbi qulluqçusunu, o cümlədən, hərbi texnikasını məhv edib. 
O, ən son əmisi oğlu ilə telefonla danışıb və bildirib ki, narahat olmasınlar, hər şey yaxşı olacaq.
Oktyabrın 14-də Hadrut istiqamətində gedən döyüşlərdə yaralanmış əsgərini döyüş meydanından çıxararkən qərəmancasına şəhid olub.
Şəhidin bir oğul övladı var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA