sedanews.az
sedanews.az

“Yeni Azərbaycan Partiyasının yenilənməsi gənclər üçün stimuldur!”

12-03-2021, 11:51 449 dəfə baxılıb

“Yeni Azərbaycan Partiyasının yenilənməsi gənclər üçün stimuldur!”


Təsadüf deyə bir məfhum yoxdur. Bütün təsadüflər zərurətdən doğur. Yeni Azərbaycan Partiyasının da yaranması tarixin zərurəti idi. Doğma partiyamızın özünə məxsusluğu ondadır ki, Yeni Azərbaycan Partiyası tarixin sınaqlarından üzüağ çıxmağı bacarmış, gəncindən yaşlısına qədər cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq 760 mindən artıq Azərbaycan vətəndaşının könlünü fəth etmişdir. Doğma partiyamızın lokomotivinin gənclər olduğunu desək, heç də yanılmarıq. Bu gün gənclərin böyük əksəriyyəti Ulu Öndər HeydəƏliyev siyasi kursunun, ideologiyasının şah əsəri olan müstəqil Azərbaycanın ən etibarlı ictimai-siyasi birliyi, dünənin, bu günün və sabahın partiyası Yeni Azərbaycan Partiyasının ətrafında birləşmişlər. Yeni Azərbaycan Partiyasının üzvlərinin təxminən 40%-ni gənclər təşkil edir. Bu, Qafqazın ən böyük gənclər hərəkatı deməkdir. Bu gün doğma partiyamızın sıralarında hər fəaliyyət növünün ən peşəkar biliciləri toplanmışlar. Bu günkü bir çox gənc alimlər, ixtiraçılar, gənc dünya və olimpiya çempionları, gənc siyasətçilər, deputatlar, gənc xidmət rəisləri, komitə rəhbərləri, gənc sahibkarlar, iş adamları öz gələcək karyeralarına məhz Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sıralarında başlamışlar. Əgər dünya ilə analoji vəziyyəti müqayisə etsək heç şübhəm yoxdur ki, Azərbaycanda gənclərə göstərilən diqqət hər hansı bir dünya ölkəsi ilə müqayisə oluna bilsin. Məhz bu səbəbdən biz gənclər cənab Prezidentə minnətdarıq.

Bu gün Ulu Öndər HeydəƏliyev cismani olaraq aramızda olmasa belə, onun ideyaları HeydəƏliyev siyasi kursunun ən layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən ləyaqətlə və böyük peşəkarlıqla həyata keçirilir. Bu gün Azərbaycan Cənubi Qafqazın elə bir dövlətinə çevrilib ki, o artıq regionda gedən münaqişələrin nizamlanmasında öz sözünü deyir. Yaşı 30 ilə yaxın olan Qarabağ münaqişəsinin həlli ədalətin qiyamətə qalmadığının müjdəçisidir. Bütün bunlar möhtərəm Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir. Və biz gənclər bu uğurlu siyasətin dəstəkləyicisi kimi bizə yaradılmış şəraitdən istifadə edərək mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməli və hər bir gənc öz sahəsində fəaliyyət göstərərək xalqına və dövlətinə xidmət etməlidir.

Heç şübhəsiz ki, regionda yeni reallıqlar yaranmışdır. Qalib dövlət kimi Azərbaycan bundan sonra diqtə edən dövlət kimi bölgənin idarə olunmasında müstəsna rol oynayacaqdır. Bu məqsədlə dövlət aparatında islahatların həyata keçirilməsi labüd idi. Eyni zamanda da bu islahatlar axınında Azərbaycan dövlətçiliyinin, cəmiyyətinin sosial müdafiəçisi olan və sütunu rolunu oynayan Yeni Azərbaycan Partiyasının islahatları həyata keçirməsi, “özünüyeniləməsi” çox önəmli hadisədir. Düşünürəm ki, Yeni Azərbaycan Partiyasının yenilənməsi biz gənclər üçün stimul olacaqdır.

İnanıram ki, Siyasi Şuranın ləğv olunması, 40 nəfərdən ibarət İdarə Heyətinin yaradılması, İcra Katibliyinin ləğv olunması və Mərkəzi Aparatda aparat rəhbərliyi institinun yaradılması, doğma partiyamızın daha dinamik fəaliyyətinə gətirib çıxaracaqdır. Çox istərdim ki, diqqətinizi yeni seçilmiş YAP İdarə Heyətinin tərkibinə çəkim. Hakim partiyanın siyasi elitasında təmsil olunacaq 40 sima müasir siyasətimizin və cəmiyyətimizin mənzərəsini özündə ehtiva edir. Belə ki, deputatların, gənc ictimai-siyasi xadimlərin, elm adamlarının, sənətkarların, yazıçıların İdarə Heyətində təmsil olunması partiyanın geniş təmsilçilik qabiliyyətindən xəbər verən amildir.

Yeni Azərbaycan Partiyası ənənələri olan ictimai-siyasi hərəkatdır. Naxçıvanda böyük çətinliklər hesabına, ciddi məhdudiyyətlərin fövqündə yaradılmış bu partiyaya könül vermiş bir çox fədakar insanlar təəssüf ki, bu gün aramızda yoxdur. Və yaxud ömürlərinin ahıl dövrünü yaşayırlar. Yeni Azərbaycan Partiyasında Veteranlar Şurasının yaradılması həmin fədakar insanların diqqətdən heç bir zaman kənarda qalmayacaqlarına ən böyük zəmanətdir. Eyni zamanda da bu gün həyatlarını, gələcək karyeralarını, sabahlarını doğma partiyamıza şövqlə, həvəslə, məhəbbətlə və əzmlə bağlayan gənclərimiz üçün də bu hadisə bir örnəkdir.

Cəmiyyətin hər təbəqəsindən olan dəyərli şəxsiyyətlər sözsüz ki, partiyanın fəaliyyətinə öz töhfələrini verəcəklər. Bir gənc kimi mən də öz növbəmdə bu islahatlar mərhələsində iştirak etməyə hazıram.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədri Fərəh Məcidzadə







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA