sedanews.az
sedanews.az

Millət vəkili çağırış etdi: Ömrünün son günləridir...

14-12-2021, 14:57 565 dəfə baxılıb

Millət vəkili çağırış etdi: Ömrünün son günləridir...

Azərbaycanın əməkdar artisti, ağır xəstə olaraq son günlərini yaşayan dəyərli sənətkarımız Novruz Qartalla bağlı danışmaq istəyirəm. Novruz Qartal hər zaman bir sənətkar kimi ön cəbhədə əsgər və zabitlərimizin qarşısında çıxış edib, mədəniyyət sahəsinə öz töhvələrini verib.
 Bu sözləri Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva parlamentin bugünkü iclasında deyib.
O bildirib ki, Novruz Qartal bu gün çox ağır vəziyyətdə kirayədə yaşayır:
“Sosial maddi durumu çox çətindir. Bir neçə gün əvvəl onu ziyarət etdik. Novruz Qartalın ən böyük istəyi ömrünün son günlərini 1 otaqlı da olsa, öz evində yaşamaqdır. Mən müvafiq dövlət qurumlarına, tikinti şirkətlərinə üz tutaraq Azərbaycan mədəniyyətinə önəmli töhfələr vermiş sənətkarın son arzusunun həyata keçməsi üçün dəstək göstərməyə çağırıram”.
   Axar.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA