sedanews.az
sedanews.az

Millət vəkili MM-də Baş nazirə müraciət etdi

2-06-2020, 13:09 1 993 dəfə baxılıb

Millət vəkili MM-də Baş nazirə müraciət etdi



                Tovzu rayonunda oldum, insanlarla görüşüb problemləri ilə maraqlandım. Mən buradan seçicilərin problemini icra orqanlarına çatdırmaq istəyirəm.
Axar.az xəbər verir ki, bunu parlamentin növbədənkənar iclasında millət vəkili Qənirə Paşayeva səsləndirib.
Millət vəkili əhalinin gəlir mənbəyinin kənd təsərrüfatı olduğunu bildirib:
“Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi üçün böyük işlər görülüb. Amma suvarma sistemlərinin inkişafı olmadan kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil. Tovzuda kənd təsərrüfatı mövsümü başlayıb. İnsanlar deyirlər ki, bu il də ötənilki kimi quraqlıq olacaqsa, nə ilə qarşılaşacağıq, məhsuldarlıq necə olacaq? Qeyd edim ki, cənab Prezident də su sistemlərinin inkişafı, suvarma və suyun ədalətli bölünməsi haqqında danışıb”.
Qənirə Paşayeva əlavə edib ki, Tovuz rayonunda bu problemi aradan qaldırmaq üçün iki layihə var:
“Mən buradan hökumətə, hörmətli Baş nazirə müraciət edirəm. Bu layihələrdən biri Zəyəm çayı üzərində su anbarının tikintisidir. Bu, Tovuzla yanaşı, Şəmkirin də bir çox kəndinin suvarma problemini həll edə bilər.
Bundan başqa Kür çayından nasoslarla su vurularsa, kəndlərin problemi aradan qalxar. Bu layihə əvvəllər də olub".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA