sedanews.az
sedanews.az

İlham Əliyev qeyri-mümkün olanı reallaşdırdı - VİDEO

18-10-2023, 15:05 258 dəfə baxılıb

  Xankəndidə Azərbaycan bayrağının ucaldılması ədalətin təntənəsidir
  Xankəndidə Azərbaycanın dövlət bayrağının ucaldılması ədalətin, beynəlxalq hüququn təntənəsidir.
Prezident İlham Əliyev faktiki olaraq qeyri-mümkün olanı gerçəkləşdirdi - mürəkkəb geosiyasi çağırışlar fonunda Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.
Bu fikrirləri REAL TV-yə müsahibəsində Ukrayna Ali Radasının deputatı Sergey Naqornyak söyləyib.
  Biz Azərbaycanda baş verənləri izləyirik və qardaş Azərbaycan xalqını təbrik edirik, Azərbaycanın işğal altında olan torpaqlarını tam azad etməsinə sevinirik. Azərbaycan postsovet məkanında işğaldan əziyyət çəkən ilk ölkə olub və öz ərazilərini işğaldan azad edən ilk ölkədir. Və biz şahidiyik ki, Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını necə ucaltdı, işğal olunmuş ərazilərdə yeni inzibati binaların təməlini qoydu. Bu, ədalətin, beynəlxalq hüququn təntənəsinin, həmçinin Prezidentinizin müdrik və ardıcıl siyasətinin göstəricisidir. İlham Əliyev 20 ildir Prezidentdir, bu müddətdə böyük işlərə imza atıb.
Ukraynalı deputat hesab edir ki, Azərbaycanın dünya arenasındakı proseslərə təsiri artmaqdadır və bu, beynəlxalq ictimaiyyətə yalnız fayda gətirir.
  İlham Əliyevin 20 il bundan əvvəl birinci müddətə Prezident seçilməsi təkcə Azərbaycan xalqı üçün deyil, dünya birliyi üçün də əlamətdar hadisədir. Çünki İlham Heydər oğlunun uğurlu siyasəti geosiyasi proseslərə və dünya gündəminə böyük təsirə malikdir.
Prezident İlham Əliyev bir çoxları üçün faktiki olaraq qeyri-mümkün olanı gerçəkləşdirib - mürəkkəb geosiyasi çağırışlar fonunda Azərbaycanın ərazi bütövlüyünü bərpa edib. Bu isə dünya gündəminə öz təsirini göstərib və siqnal rolunu oynayıb - beynəlxalq qurumların fəaliyyətsizliyinə baxmayaraq, ərazi bütövlüyünün bərpası, işğaldan azad edilmiş ərazilərin reinteqrasiyası və yenidən qurulması, qanunsuz silahlı və terrorçu birləşmələrə qarşı mübarizə mümkündür.     Düşünürəm ki, dünya nizamının yeni arxitekturası, eləcə də beynəlxalq hüququn normalarının həyata keçirilməsi üçün yeni institut və mexanizmlər formalaşanda Prezident İlham Əliyev bu prosesin fəal iştirakçıları sırasında olacaq.
  Zaman göstərdi ki, Azərbaycan qarşısına qoyduğu hədəflərə öz qətiyyəti və əzmi sayəsində nail olur. Beynəlxalq təşkilatların hadisələrə etinasızlığı fonunda milli diplomatiya və ordumuzun gücü haqq-ədaləti bərpa etməyə müvəffəq oldu.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA