sedanews.az
sedanews.az

Bu gün dünyada çox mürəkkəb bir geosiyasi vəziyyət, beynalxalq münasibətlərdə gərgin situasiyalar müşahidə olunmaqdadır

25-02-2022, 14:40 515 dəfə baxılıb




Bu gün dünyada çox mürəkkəb bir geosiyasi vəziyyət, beynalxalq münasibətlərdə gərgin situasiyalar müşahidə olunmaqdadır. Bütün bunlara baxmayaraq Ulu Öndərin bizə miras qoyduğu uzaqgörən siyasəti və onun layiqli varisi İlham Əliyevin güclü, bacarıqlı, əzmkar və vətənpərvər lider olması ölkəmizi bütün təhlükələrdən sığortalamışdır.
Azərbaycan müstəqillik əldə etdiyi ilk dövrlərdə üzləşdiyi təhlükələri də məhz Heydər Əliyev dühası ilə dəf edə bilmişdi. Ulu Öndər ilk növbədə daxili sabitliyi təmin etdikdən sonra beynəlxalq aləmdə Azərbaycanın zədələnmiş imicini bərpa etdi.
Sürətli quruculuq işləri, neft kontraktlarının imzalanması ilə Azərbaycan uğurlu inkişaf yoluna qədəm qoydu. Bu sürətli inkişafı davam etdirərək daha da şaxələndirməklə Azərbaycanı güclü dövlətə çevirən prezidentimiz cənab İlham Əliyev müzəffər ordumuzla torpaqlarımızı işğaldan azad edərək adını tariximizə qızıl hərflərlə yazdırdı.
Ölkəmizin beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı təbliğ etməsi, prezidentimizin milli maraqlarımızı hər şeydən üstün tutaraq coxşaxəli müstəqil siyasət aparması Azərbaycanın region ölkələri və beynəlxalq aləmlə münasibətlərini yüksək səviyyəyə qaldırmışdır.
Azərbaycanın Qoşulmama Hərəkatına hazırki sədrliyi, türk dövlətləri ilə qurulan dostluq əlaqələri, Azərbaycan və Türkiyə arasında olan müttəfiqlik münasibətləri, eyni zamanda Avropa İttifaqı ilə münasibətlərin yüksələn xətlə inkişafı dahi liderimizin apardığı mükəmməl siyasətin uğurlu nəticələridir.
Məhz bu uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan heç vaxt özünün üçüncu ölkələrə qarşı istifadə olunmasına imkan verməyib. Gərgin olan Rusiya – Ukrayna münasibətləri fonunda Azərbaycanın Ukrayna ilə olan dostluq əlaqələri, ölkəmizin Ukraynanın ərazi bütövlüyünü tanıması, eyni zamanda Rusiya ilə olan yüksək səviyyəli əlaqələrin dinamik şəkildə inkişafı və 22 fevral 2022-ci ildə Moskva Bəyannaməsinin milli maraqlarımızın yüksək həssaslıqla qorunaraq imzalanması bunun əyani sübutudur. Bununla yanaşı, Azərbaycanın Avropanın enerji təchizatında və enerji təhlükəsizliyinin təmin edilməsində artan çəkisi, ölkəmizin günbəgün artan beynəlxalq nüfuzu aparılan üğurlu siyasətin nəticəsi olaraq bizim inkişaf perspektivlərimizi müəyyən edir.
Bütün bunlar Azərbaycanın parlaq gələcəyinin daha da qüdrətlənməsinin məhz İlham Əliyevin rəhbərliyi ilə mümkün ola biləcəyini göstərir. Buna görədə vətənini sevən hər bir azərbaycanlı Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında sıx birləşərək onun apardığı siyasəti dəstəkləməli, Azərbaycanın daha da qüdrətlənməsi üçün üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.
                                                             Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini
                                                                               Elşən Atakişizadə






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA