sedanews.az
sedanews.az

“Laçında Azərbaycan bayrağının dalğalanması bizim üçün xoşbəxtliyin başqa bir adıdır” – RƏY + FOTO

22-09-2022, 15:03 221 dəfə baxılıb



“Prezidentin də vurğuladığı kimi, heç kim və heç bir zəng bizim iradəmizə təsir edə bilməz. Azad olunmuş Laçında Azərbaycanın Dövlət bayrağının dalğalanması bizim üçün xoşbəxtliyin başqa bir adıdır”.
Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.
Ermənilərin demək olar hər gün təxribatlara əl atdığını bildirən deputat deyib ki, bu cür əməllərlə Azərbaycan xalqını əymək və sındırmaq olmaz. E.Quliyev həmçinin açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin Laçına səfərindən də söz açıb. O, dövlət başçısının Laçına səfərinin hər bir azərbaycanlının qəlbində fəxarət və qürur hissi yaratdığını qeyd edib.
Laçına gənc yaşlarında getdiyini qeyd edən deputat uzun illərdən sonra bu gözəl şəhəri məhz televiziyadan da olsa görməyin xoşbəxtliyini yaşadığını vurğulayıb:
“Cənab Prezidentin Laçın şəhərinə səfəri zamanı çıxışındakı nitqinə xüsusi diqqət yetirmək lazımdır. Prezident İlham Əliyev bildirdi ki, bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar: “Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq və öz ərazi bütövlüyümüzü qoruyuruq, qorumuşuq, bərpa etmişik”. Bəli, Prezidentin də vurğuladığı kimi heç kim və heç bir zəng bizim iradəmizə təsir edə bilməz. Burada söhbət Azərbaycanın əzəli torpaqlarından gedir, ona görə də sözügedən məsələlər bizim daxili işimizdir. Belə olan halda kimin sözlərinə qulaq asmalıyıq?! Azərbaycan Ordusu nə ABŞ, nə də Fransa torpağında döyüşüb, ordumuz əzəli torpaqlarını düşmən işğalından azad edib”.
“Yaddan çıxarmaq olmaz ki, İlham Əliyev beynəlxalq arenada çox böyük nüfuza malik bir siyasətçidir. Ona görə də İlham Əliyevin siyasi kursu ətrafında daha da sıx birləşməli və bununla da düşmən dəyirmanına su tökənlərin cavabını verməliyik. Nəticə etibarilə ilə Prezidentin Laçına səfəri yüksək qiymətləndirilməlidir. Azad olunmuş Laçında Azərbaycanın Dövlət bayrağının dalğalanması bizim üçün xoşbəxtliyin başqa bir adıdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA