sedanews.az
sedanews.az

Birinci Qarabağ müharibəsində şəhid olan Hörmət Baratovun qalıqları Xaçmazda dəfn olunub

27-06-2024, 12:44 223 dəfə baxılıb

  Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal olunan, 31 ildən sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid Hörmət Baratovun qalıqları ailəsinə təhvil verilib.
  REAL xəbər verir ki, bu gün şəhidin qalıqları anadan olduğu Xaçmaz rayonunun Nərəcan kəndinə gətirilib. Burada onunla vida mərasimi keçirilib.
Şəhidin qalıqları Nərəcan kənd qəbiristanlığında torpağa tapşırılıb.
  Qeyd edək ki, şəhid Hörmət Baratov 1992-ci il oktyabr ayının 8-də hərbi xidmətə çağırılıb. 1993-cü il oktyabrın 8-dən itkin düşdüyü bildirilib.
  Hörmət Baratovun Bakıdakı İkinci Şəhidlər xiyabanında naməlum şəhid kimi torpağa tapşırıldığı məlum olub, onun kimliyi müəyyənləşib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA