Şəhidimiz dəfn olundu
Vətən müharibəsi şəhidi gizir ixtiyar Əliyev dəfn edilib.Səhid rayonun Goranlı kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, Goranboy Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Baş prokurorluq Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçunun kimliyinin müəyyən edilməsi ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilib ki, şəhidin valideynlərinin istəyi ilə təkrar keçirilən DNT analizlərinin cavablarına əsasən şəhid olan hərbi qulluqçunun İxtiyar Əliyev olduğöu təsdiq edilib.
Allah rəhmət eləsin!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.