sedanews.az
sedanews.az

Günəşdə güclü partlayış: Yerdə radiorabitədə nasazlıqlar gözlənilir-video

17-07-2023, 12:46 233 dəfə baxılıb



   Bazar günü, iyulun 16-da Günəşdə üç güclü partlayış baş verib. Onlardan birincisi Bakı vaxtı ilə təqribən 10:26-da baş verib və 14 dəqiqə çəkib. Nəticədə Yer kürəsində qısa dalğalı radiorabitədə pozuntular qeydə alınıb.
Bu barədə Rusiyanın akademik E.K.Fedorov adına Tətbiqi Geofizika İnstitutundan bildirilib.
Bildirilir ki, ikinci partlayış saat 17:08-də qeydə alınıb və təxminən 15 dəqiqə davam edib. Mütəxəssislər üçüncü partlayışı saat 19:46-da qeydə alıblar, onun müddəti təxminən 28 dəqiqə olub. Hər üç partlayış “M” sinifli olub.
   Məlumata görə, ssenari təkrarlana bilər - bu gün də “X” sinif partlayışlar proqnozlaşdırılır. Yerdə rabitədə müəyyən nasazlıqlar qeydə alına bilər.
Onu da bildirək ki, Günəşdə partlayışlar Rentgen şüalarının gücünə görə siniflərə bölünür: “X” - ən güclü, “M” - orta, “C” - zəif, “A” və “B” - demək olar ki, hiss olunmur.
Qeyd edək ki, maqnit qasırğası planetə ikinci gündür təsir edir.

Mənbə: 1tv.ru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA