sedanews.az
sedanews.az

Surovikin gələn kimi Kiyevi vurdu

10-10-2022, 12:14 397 dəfə baxılıb


   Bu gün səhər saatlarından Kiyevə raket zərbələri endirilib.
Axar.az xəbər verir ki, şəhərdə ardıcıl partlayışlar olub.
Kiyev meri Vitali Kliçko partlayışların paytaxtın mərkəzindəki Şevçenko rayonunda baş verdiyini bildirib.
  Dnepr şəhərində də partlayışlar baş verib. Yerli Teleqram kanallarının məlumatına görə, əvvəlcə şəhərdə bir partlayış olub, ardınca dalbadal 3 partlayış baş verib. Raketin yaşayış binalarının birinə düşdüyü bildirilir. Binanın bir hissəsi dağılıb.
  Donetsk vilayətinin Slavyansk şəhərinin raket atəşinə tutulması nəticəsində 4 nəfər həlak olub, iki nəfər isə yaralanıb.
  Qeyd edək ki, Ukraynadakı rus qoşunlarına yeni komandan Sergey Surovikin təyin edilib. O, İkinci Çeçenistan savaşının iştirakçısı və Severodonetski alan komandirdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA