sedanews.az
sedanews.az

Çinin şimalında baş verən yanğında ölənlərin sayı artdı

16-11-2023, 12:03 244 dəfə baxılıb




  Çinin Şansi əyalətinin Lüylyan şəhərində kömür zavodunda baş verən yanğın nəticəsində ölənlərin sayı 25-ə çatıb.
  Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
  Qeyd edək ki, səhər saatlarında verilən xəbərdə 19 nəfərin öldüyü, 51 nəfərin yaralandığı bildirilmişdi.
10:18
   Çinin şimalındakı Lüylyan şəhərinin Lişi rayonunda yerli kömür müəssisəsinin binasında güclü yanğın baş verib.
   Məlumata görə, yanğın zamanı 19 nəfər ölüb, 51 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
  Ümumilikdə xilasedicilər 63 nəfəri təxliyə ediblər. Hazırda ölənlərin dəqiq sayı, eləcə də yanğının səbəbləri müəyyənləşdirilir.
  Qeyd edək ki, qurbanların axtarışı davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA