sedanews.az
sedanews.az

Bakıda "Metro-Citu" ticarət mərkəzində güclü yanğın olub - FOTO

16-10-2021, 13:44 393 dəfə baxılıb

Bakıda "Metro-Citu" ticarət mərkəzində güclü yanğın olub -FOTO 

Nərimanov rayonunda ticarət obyektlərində baş vermiş yanğın söndürülüb.
Məlumat verildiyi kimi, bü gün Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən ticarət obyektlərində yanğın baş verib və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri dərhal yanğınla mübarizə tədbirlərinə cəlb olunub.
Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq saat 10:24-də söndürülüb. İlkin hesablamalara əsasən, təqribən 300 kv.m sahədə müxtəlif təyinatlı ticarət obyektləri yanıb. Bitişik ictimai-iaşə, o cümlədən ticarət obyektləri və yaşayış binaları yanğından mühafizə olunub.
--------
09:43
Bakı şəhəri, Nərimanov rayonunda, Nərimanov metrostansiyası yaxınlığında "Metro-City" ticarət mərkəzində başlayan yanğın ətrafdakı ticarət obyektlərinə də keçib.
APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, ticarət mərkəzinin yaxınlığındakı Mobil telefon satışı dükanlarında və aptekdə də yanğın başlayıb.
Yanğının söndürülməsi üçün 10 yanğınsöndürmə maşını və 70 yanğınsöndürən cəlb olunub.
Hazırda yanğınsöndürənlər əsas diqqəti yanğının yaxınlıqdakı çoxmərtəbəli yaşayış binasına keçməsinin qarşısını almağa yönəldib.
 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA