sedanews.az
sedanews.az

İqlim dəyişikliyində üzləşdiyimiz risklər - VİDEO

29-11-2023, 15:24 187 dəfə baxılıb

   Dünya Bankı qrupu Azərbaycana dair iqlim və inkişaf hesabatını açıqlayıb

Aşağı karbon tutumlu iqtisadiyyata keçid və dayanıqlılıqla bağlı investisiyalar, siyasi islahatlar Azərbaycanın iqtisadi maraqlarına uyğundur. Bu, Dünya Bankı Qrupunun açıqladığı Azərbaycana dair İqlim və İnkişaf Hesabatında (CCDR) bildirilir. Sənəddə deyilir ki, iqlimlə bağlı operativ tədbirlər Azərbaycana aşağı karbon yüklü iqtisadiyyata qlobal keçidlə bağlı yaranan riskləri minimuma endirməyə və Azərbaycan xalqının həyat səviyyəsini qorumağa kömək edə bilər.
Azərbaycan həmçinin iqlim dəyişikliyi ilə əlaqədar ciddi fiziki risklərlə üzləşir. Demək olar ki, bütün ölkə ərazisi həm quraqlığa, həm də su qıtlığına məruz qalır. Eyni zamanda, ölkənin təbii sərvətləri torpağın deqradasiyası, səhralaşma və ifrat otarılma nəticəsində zədələnir və bu, kənd təsərrüfatına mənfi təsir göstərir. Hesabatda vurğulanıb ki, neft-qaz hasilatı da torpağın deqradasiyasına və su ehtiyatlarının çirklənməsinə təsir göstərib.
  İqtisadiyyat nazirinin müşaviri Niyazi Səfərov Azərbaycanın iqlim dəyişikliyi ilə qlobal mübarizəyə verdiyi töhfədən danışdı.
  Hesabata əsasən qlobal dekarbonizasiya səylərinin tempindən asılı olmayaraq, dekarbonizasiyaya investisiyaların sürətləndirilməsi Azərbaycanın marağındadır. Bu səylər həm də iqtisadiyyatın şaxələndirilməsini nəzərdə tutan milli məqsədlərə uyğundur.
Hesabatda qeyd olunan dekarbonizasiya və dayanıqlılıq tədbirləri üçün qlobal iqtisadiyyatın “xalis sıfır” emissiyalara keçid alacağı gözlənilən 2060-cı ilə qədər təxminən 44 milyard ABŞ dolları və yaxud ÜDM-in təxminən 3,2%-i qədər böyük investisiyalar tələb olunacaq. Bu xərclərin əhəmiyyətli bir hissəsi kommersiya və özəl sektorun maliyyələşdirilməsi hesabına təmin olunmalıdır.











Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA