Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq yolunda böyük irəliləyiş əldə edib.
Bu barədə Trend-ə özəl müsahibəsində BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şəhid deyib.
"Bu gözəl ölkədə, Azərbaycanda olmaq mənim üçün böyük şərəfdir. Mən Azərbaycan hökumətinin dəvəti ilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sədri kimi gəlmişəm. Azərbaycan həmişə çoxtərəflilik prinsiplərinə sadiq ölkə olub. Bu il ölkə BMT-yə üzvlüyünün 30 illiyini qeyd edir. Azərbaycan çoxtərəfliliyin təşviqində mühüm rol oynayıb. O, Təhlükəsizlik Şurasının və İqtisadi və Sosial Şuranın üzvü olub. Beynəlxalq ictimaiyyətin çoxlu problemlərlə üzləşdiyi bir vaxtda mənim Azərbaycanın liderliyi, üzləşdiyimiz çağırışlar, pandemiya, enerji böhranı, ərzaq böhranı, iqlim dəyişikliyi kimi məsələləri və bir çox başqa məsələləri müzakirə etmək imkanım var. Xarici işlər naziri ilə də, parlamentin sədri ilə də səmərəli görüşlərim oldu. Daha sonra ADA Universitetində oldum, gənclərlə görüşdüm və günümü BMT agentlikləri ilə Azərbaycan arasında əlaqələri qiymətləndirmək üçün BMT-nin Ölkə Qrupu ilə görüşlə yekunlaşdırdım", - deyə o bildirib.
Bu gün ölkənin Qoşulmama Hərəkatının (QH) sədri olduğunu qeyd edən Abdulla Şəhid, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə COVID-19 ilə bağlı məsələlərin müzakirəsi üçün Qoşulmama Hərəkatının Zirvə toplantısını çağırdığını xatırladıb:
"Həmçinin Prezident İlham Əliyev bu məsələ ilə bağlı Baş Assambleyanın növbədənkənar sessiyasının çağırılması təşəbbüsü ilə çıxış edib. Bu, çox vaxtında irəli sürülən təşəbbüs idi, bu məsələnin beynəlxalq ictimaiyyətin, üzv dövlətlərin diqqətinə çatdırılmasına kömək edib. Pandemiyadan yeganə çıxış yolu peyvənləmədir. Bütün ölkələrin peyvənd üçün bərabər çıxışı olması vacibdir. Mən bu il fevralın 25-də eyni məsələ ilə bağlı yüksək səviyyəli iclas çağırdım və Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevdən dəstək mesajı almaqdan çox məmnun oldum".
BMT Baş Assambleyasının sədri qeyd edib ki, Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaqda böyük irəliləyiş əldə edib: "Onu da qeyd etmək lazımdır ki, Azərbaycan üçün böyük qürurverici haldır ki, o, üç dəfə Könüllü Milli İcmalı təmsil edən azsaylı ölkələrdən biridir. Bu, Azərbaycan hökumətinin DİM-lərin icrasına daim nəzarət etmək üzrə fəal işini nümayiş etdirir, hökumətin buna sadiqliyinin bariz göstəricisidir. Biz hökumətin tələb etdiyi bütün məsələlərdə - iqlim dəyişikliyinə qarşı mübarizə, gender və digər məsələlərdə kömək etmək üçün buradayıq. BMT-nin rolu Azərbaycan xalqı və hökuməti tərəfindən yüksək qiymətləndirilir və biz hər şeydə kömək etməyə hazırıq".
Abdulla Şəhid qeyd edib ki, BMT çərçivəsində əməkdaşlıq istiqamətlərindən biri də iqlim dəyişikliyinə qarşı mübarizədir:
"Təbii ki, Azərbaycan neft hasil edən ölkədir, buna baxmayaraq, diqqətəlayiq haldır ki, COP26 konfransında Azərbaycan 2050-ci ilə qədər istixana qazı tullantılarını 40 faiz azaltmağı öz öhdəsinə götürüb. Beləliklə, Azərbaycanın buna sadiqliyi aydın görünür və BMT bu ölkə ilə texnologiya transferi, bərpa olunan enerji mənbələrinə keçidlə bağlı işləyəcək".
BMT Baş Assambleyasının sədri əlavə edib ki, bu çox çətin dövrlərə baxmayaraq, Azərbaycan xalqının ölkənin inkişafında qazandığı böyük uğurlardan heyran qalıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycanda türkdilli dövlətlərin 5-ci Beynəlxalq gənclər düşərgəsi keçiriləcək
Cəlilabadda acı həyat gerçəyimiz: Ahıl ana və qızı qəbiristanlıqda yaşayır
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Vətənə həsr olunmuş ömür –şəhid Aydın Abdullayev
Qalibiyyət ruhlu xalq
Pərviz Həsənov reabilitasiya mərkəzində necə ölüb? - Qoluna qandal vurulubmuş
ABŞ qərar üçün Ukraynaya bir neçə gün vaxt verdi
Azərbaycan və Türkiyə hərbi təhlükəsizliyi gücləndirən sənədi təsdiqlədi
"Salatın Əsgərova – Cəsarətin və qələmin simvolu"
XİN: Rusiya Gürcüstanla münasibətləri normallaşdırmağa hazırdır
Prezident qurultay iştirakçılarına müraciət ünvanladı
Sosial şəbəkələrdə müalicəyə ehtiyacı olan uşaqların şəkillərini paylaşaraq dələduzluq edən şəxs həbs edildi
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilir
Mehdiyev işi: Abbas Abbasov axtarışa verildi
Emin Əmrullayev: Məktəbli çantalarını yükləyən tərəf nazirlik deyil
Təzyiqdən öldüyü deyilən qadının qətlə yetirildiyi məlum olub
Kimlərə iki dəfə çox maaş ödəniləcək?
Hərbi Prokurorluqda Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirildi
İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Azərbaycanın bəzi ərazilərinə qar yağır - FAKTİKİ HAVA
Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədova zəng edib
Xocalının Badara, Ballıca və Şuşakənd kəndlərinə növbəti köç karvanları yola salınıb
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar açıqlandı
DTX əməliyyat keçirdi - Xarici xidmətlərin gizli planı ifşa edildi - VİDEO
Marketlərdə qiymət oyunu: Alıcını kim aldadır – piştaxta, yoxsa kassa?
Vətəndaşlar liftin təhlükəsizliyi barədə elektron məlumat ala biləcəklər
Müharibə veteranlarının əmək məzuniyyəti 46 günə qaldırılır
Ana olmağa hazırlaşanlara sevindirici xəbər: Əmək haqqı...
"Amerikanka"lar xeyli bahalaşacaq - Gürcüstan rüsumları iki dəfə artırdı
İki ölkə İranla müharibə məşqlərinə başladı
Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü oldu
Azərbaycan Bəhreyndə keçirilən “Mara’ee 2025” tədbirində təmsil olunub
Bu şəxslərə birdəfəlik haqq ödəniləcək
Gələn il üçün yaşayış minimumu 300 manat olacaq
Kəbəyə getmək istəyənlərin nəzərinə - Yeni qadağa qüvvəyə minir
Ermənistanda Azərbaycandilli media xidməti bağlandı
“Sərnişinlər yox, sanki əsirdirlər! Masazır -Əcəmi marşrutu insanları yolda qoyur”...
Başlıq: "Ana Haray Çəkir: 5 Yaşlı Nihatın Səssiz Dünyasından Çıxmağa Yardım Edək!"
İdman zalında qəfil ölümlər - Azərbaycanda və dünyada məşhur simaların faciəli taleləri
“Qarabağ” UEFA reytinqində əmsalını artırdı
“Qarabağ” bu gün “Kopenhagen”ə qarşı - Saatlar qaldı
III MDB Oyunlarında Azərbaycanın bayraqdarları - FOTO
Formula 1 Azərbaycan: sərbəst yürüş başladı
Formula 1 zamanı açıq olan yolların SİYAHISI
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi