sedanews.az
sedanews.az

Bu il Azərbaycanda keçiriləcək beynəlxalq idman yarışları - SİYAHI

14-02-2022, 11:26 389 dəfə baxılıb

Bakıda 12-13 fevral tarixlərində batut gimnastikası üzrə Dünya Kuboku yarışı keçirildi. Bu, Azərbaycanda cari ildə start verən ilk beynəlxalq yarış oldu. Ölkəmiz bu il ərzində beynəlxalq yarışlara ev sahibliyi etməyə davam edəcək.
Oxu.Az 2022-ci ildə Bakıda keçiriləcək digər yarışların da siyahısını hazırlayıb. Daha 4 Dünya Kuboku, həmçinin 3 dünya çempionatına Azərbaycan ev sahibliyi edəcək.
24 fevral. “Qarabağ” – “Marsel” futbol matçı (Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu)
3-6 mart. XII akrobatika gimnastikası üzrə dünya yaş qrup yarışları
10-13 mart. XXVIII akrobatika gimnastikası üzrə dünya çempionatı
31 mart – 3 aprel. İdman gimnastikası üzrə Dünya Kuboku
22-24 aprel. Bədii gimnastika üzrə Dünya Kuboku
27 may – 9 iyun. Güllə və stend atıcılığı üzrə Dünya Kuboku
10 iyun. Azərbaycan – Slovakiya futbol matçı (UEFA Millətlər Liqasının C Liqasının III tur oyunu)
10-12 iyun. “Formula-1” üzrə Azərbaycan Qran-prisi
13 iyun. Azərbaycan – Belarus futbol matçı (UEFA Millətlər Liqasının C Liqasının IV tur oyunu)
25 sentyabr. Azərbaycan – Qazaxıstan/Moldova (UEFA Millətlər Liqasının C Liqasının VI tur oyunu)
1-10 oktyabr. Parapauerliftinq üzrə dünya çempionatı
4-6 noyabr. Cüdo üzrə “Böyük Dəbilqə” yarışı
5-6 noyabr. Yunan-Roma güləşi üzrə Dünya Kuboku
7-9 noyabr. Paracüdo üzrə dünya çempionatı
Səbuhi Musa






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA