Milli Gimnastika Arenasında batut gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarının açılış mərasimi keçirilib.
Tədbirdə əvvəlcə 32 iştirakçı ölkənin bayraqları səhnəyə gətirilib. Azərbaycan millisinin üzvü Selcan Mahmudova yarışa qatılan 650 idmançı adından ədalətli mübarizə aparacaqlarına and içib. Eyni zamanda məşqçilər, hakimlər adından andiçmə olub.
Yarış iştirakçılarını salamlayan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan Gimnastika Federasiyasına və qurumun prezidenti Mehriban Əliyevaya yüksək təşkilatçılıq səbəbindən təşəkkürünü bildirib. Ç.Hüseynzadə bu yarışın gələcəyin batut ulduzlarının müəyyənləşdirilməsinə xidmət edəcəyini vurğulayıb və iştirakçıların hər birinə uğurlar arzulayıb.
Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin üzvü Ali Al-Hitmi pandemiya şəraitində belə bir yarışın təşkilinə böyük dəstək verdiyi üçün Azərbaycan hökumətinə minnətdarlıq ifadə edib. O, turniri açıq elan edib.
Daha sonra Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları Azərbaycanda ilk dəfə keçirilir. Dörd gün davam edəcək çempionatda 11-12, 13-14, 15-16 və 17 - 21 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparacaqlar. Gimnastlar yarışların bütün günündə həm təsnifat, həm də final mərhələsində çıxış edərək, finalçıları müəyyənləşdirəcəklər.
Azərbaycanı batut üzərində Selcan Mahsudova (17 - 21 yaş), Dünya Yaş Qrupları və Avropa çempionatının mükafatçısı Maqsud Mahsudov (13-14), Ammar Baxşəliyev (11-12), İbrahim Musatafazadə (11-12), Mehdi Əliyev (13-14), Nicat Mirzəyev (13-14), Əli Niftəliyev (13-14), Şəfiqə Hümbətova (13-14), Səma Cəfərova (11-12) təmsil edəcək. Tamblinq yarışlarında Avropa Çempionatının komanda hesabında bürünc medalçıları Tofiq Əliyev (17 - 21), Adil Hacızadə (15-16), Bilal Qurbanov (15-16), Hüseyn Əsədullayev (15-16), eləcə də Dünya Yaş Qruplarının 11-12 yaş kateqoriyasında qalibi Aleksey Karataşov (13-14) və Elnur Məmmədov (15-16) mübarizə aparacaq.
Mövcud karantin qaydalarının tələblərinə uyğun olaraq, Yaş Qrupları Yarışları da tamaşaçısız keçiriləcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
İlham Əliyev və Mehriban Əliyeva Milli Gimnastika Arenasının yeni binasında olublar - YENİLƏNİB + FOTO
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Vətənə həsr olunmuş ömür –şəhid Aydın Abdullayev
Qalibiyyət ruhlu xalq
Səkkiz NATO ölkəsindən Trampa sərt cavab: Qrenlandiya ilə bağlı hədələr qəbuledilməzdir
Almaniya hərbçiləri Qrenlandiyadan gözlənilmədən geri çağırıldı
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Sakinlərə ŞAD XƏBƏR: Bu ərazilərdə kanalizasiya xətləri qurulacaq - RƏSMİ
Metroda böyük ölçülü yükə görə əlavə ödəniş alınır? - Açıqlama
Nəşriyyat qısa müddətdə boşaldılmalıdır, təmirin bitəcəyi vaxt bəlli deyil - AÇIQLAMA
Milli Qəhrəmanın qocalar evində vəfat etməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirildi
İsmayıllıda 5 kəndi təmin edən su anbarı quruyur? - AÇIQLAMA
Prezident daha 6 fərman imzaladı
Sosial şəbəkələrdə bu məlumatları paylaşmaq qadağan olundu
Ermənistan lideri: Rusiya və Türkiyə “Tramp Marşrutu”nda olmamalıdır
Türkiyə üç ölkə ilə ittifaq qurur? - Hakan Fidan açıqladı
Azərşəkər"in rəhbəri və iş adamlarının məhkəməsi başladı
ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yaydı: İranı dərhal tərk edin -
Bakının təhvil verdiyi erməninin arvadı danışdı - “İnana bilmirəm”
Azərbaycan Ordusunda daşqaldırma birinciliyi keçirilir - FOTO
Иран угрожает США: Ударим по вашим базам в Турции!
VƏTƏN ÜÇÜN SUSMAYAN ÜRƏK, SUSMAYAN SİLAH
Trampın İrana müdaxiləsi və Türkiyənin mövqeyi - General
Son iki gündə İrandan 1,5 milyard dollar çıxarılıb - KİV 10:11
“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası təsdiq edildi
İrana yox, ora diqqət edin, ələ keçirmək istəyirlər – Zaxarova
Xaricdə yaşayan soydaşlarımız üçün Ana dili dərslərinə başlanılır
Avropa bankları Bakı milyonçusunun pullarını qaytarmır
"The Guardian": İran qlobal internetdən ayrılmağa hazırlaşır
Ərinin qətlini sifariş verən qadına hökm oxundu
Yetkinlik yaşına çatmayanları cinayətə cəlb edənlər həbs edildi
Əvvəl göl idi, indi həyətlər su altındadır - ŞİKAYƏT
Azərbaycan Ordusunda taktiki təlim keçirilib
Abşeronda təhlükəli ərazi PLANA DÜŞDÜ - yüksək məbləğdə kompensasiya ödəniləcək
ABŞ-dən Azərbaycanla bağlı müəmmalı paylaşım - “Hazır olun!”
Azərbaycan “Ekspo 2027 Yokohama” Beynəlxalq Bağçılıq Sərgisində iştirak edəcək
Azərbaycanda 3 televiziyanın yayımı dayandırılır
DTX xarici xüsusi xidmət orqanının tapşırığını yerinə yetirən şəxsi həbs etdi
Yeni Klinikada xəstənin ölümündə təqsirli bilinən həkimin məhkəməsi başlayır
Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina etdi - FOTO
İdman zalında qəfil ölümlər - Azərbaycanda və dünyada məşhur simaların faciəli taleləri
“Qarabağ” UEFA reytinqində əmsalını artırdı
“Qarabağ” bu gün “Kopenhagen”ə qarşı - Saatlar qaldı
III MDB Oyunlarında Azərbaycanın bayraqdarları - FOTO
Formula 1 Azərbaycan: sərbəst yürüş başladı
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi