sedanews.az
sedanews.az

“Cənub qaz dəhlizi” yeni əməkdaşlıq formatının təməlidir

8-02-2022, 14:53 339 dəfə baxılıb


Ölkə başçımız cənab İlham Əliyev 4 fevral 2022-ci il tarixində keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında iştirak edib.
Cənub Qaz Dəhlizinin uğurla həyata keçirilməsinə müxtəlif dövlət, şirkət və maliyyə qurumları arasında əməkdaşlıq təcrübəsininəsas olduğunu bildirən Prezident cənab İlham Əliyev çıxışında qeyd etmişdir ki, Cənub Qaz Dəhlizi XXI əsrin layihəsi hesab oluna bilər.Onun dəyəri 33 milyard ABŞ dollarıdır. Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı.
Cənub Qaz Dəhlizi – Cənubi Qafqaz qaz boru kəmərini genişləndirmək, həmçinin Türkiyədə TANAP qaz kəmərinin tikintisi və Avropada TAP qaz kəmərini genişləndirməsi üzrə layihədir. Bu layihə üzrə hasil edilən təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəməridir. Bu layihədə bütün iştirakçı tərəflərin maraqları təmin olunub.
Keçən ilin sonunda Azərbaycan qazı Avropaya çatdı. Bu Cənub qaz dəhlizinin sonuncu hissəsi olan TAP-ın işə düşməsi sayəsində mümkünləşdi. Tarixdə ilk dəfə olaraq Azərbaycan qazı Avropaya birbaşa nəql edildi. Bu hadisənin ümumən xalqımızın tarixində xüsusi yeri və əhəmiyyəti var. Çünki, “Cənub qaz dəhlizi” layihəsinin təşəbbüskarı və aparıcı qüvvəsi məhz Azərbaycandır. Bu bizim tarixi nəaliyyətimizdir. Əsas maliyyə yükünü də biz öz üzərimizə götürmüşük .“Cənub qaz dəhlizi”nin cəmi 6 ilə reallaşması əslində bir qələbədir.
Onu da qeyd etmək lazımdır ki, fevral ayının 4-də keçirilmişnövbəti toplantıda ABŞ, Böyük Britaniya, Türkiyə və digər Avropa ölkələrinin yüksək səviyyəli nümayəndələrinin iştirakı Cənub qaz dəhlizinin, qeyd olunan ölkələrin qazla təmin olunmasına nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyinin bariz nümunəsidir.
Toplantıda dövlətimizin başçısı Azərbaycanın demoqrafik vəziyyətinin çox müsbətolduğunu da vurğulamış, eyni zamandabildirmişdir ki, ötən il ölkəmizdə qeyri-enerji əsaslı sənayedə rekord artım göstəricisi qeydə alınıb. Sənayemizin bu sektoru demək olar ki, 20 faiz artıb.
Ölkəmizdə olan zəngin təbii sərvətlərin səmərəli istismarı, sərfəli idxalı, gəlirlərin artması və bu gəlirlərin olkə iqtisadiyyatına tətbiqi, xalqımızın maddi rifah halının yaxşılaşdırılmasına yönəldilməsi böyük , müdrük siyasət tələb edir. Nəticə etibarı ilə bütün bu planların reallaşması, arzuların gerçəkləşməsi onu bir daha sübut edir ki, bütün bunlar Möhtərm Prezident cənab İlham Əliyevin yürütdüyü təmkinli, müdrük siyasətin nəticəsidir.
Azərbaycan bütün dünya üzrə qlobal məsələlərin həlli üçün məşvərət mərkəzinə çevrilmişdir. Bu da o deməkdir ki, Azərbaycan ən sabit, demokratik, təhlükəsiz bir ölkədir. Azərbaycan öz məhsullarını ixrac etməklə yanaşı, kapital qoyuluşu üçün bütün xarici investorlar üçün açıq ölkədir və bunun üçün bütün şərait yaradılır.
                                                               “Suraxanı maşınqayırma zavodu” ASC-nin böyük
                                                                       hüquq əsləhətçisi Məşkur Mirzəyev






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA