sedanews.az
sedanews.az

Qısa müddət ərzində görülmüş işlər Azərbaycanın iqtisadi potensialından xəbər verir

18-03-2022, 14:01 319 dəfə baxılıb


Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ümumilli maraqlarına söykənən məqsəd yönlü siyasətinin tərkib hissələrindən biri də ölkənin energetika sahəsində həyata keçirdiyi islahatlardır. Bununla əlaqədar olaraq Prezident İlham Əliyev cari ilin 15 mart tarixində Qaradağ Günəş Elektrik stansiyasının təməl qoyma mərasimi zamanı bunu birdaha bəyan etmiş oldu.

Layihınin icraçısı tanınmış və uzun illər böyük təcrübəyə malik olan bir çox ölkələrdə uğurla fəaliyyət göstərən “Masdar” şirkətidir. Bu şirkətin Azərbaycana sərmayə qoyması çox sevindirici haldır. “Masdar” şirkəti bizə dost ölkə olan Birləşmiş Ərəb Əmirliklərini təmsil edir. BƏƏ ilə həm siyası, həm iqtisadi, ticarət və turizm sahələrində uğurla əməkdaşlıq edirik. Bərpa olunan enerji istehsalı sahəsində də əməkdaşlığa bu gün start verilmişdir. Azərbaycan xam neft, təbii qaz, neft məhsulları və enerji ixrac edən ölkədir. Ölkəmizdə elektrik enerjisi ixracı nöqteyi nəzərindən böyük potensiala malik Azərbaycan dörd qonşu ölkəyədə ixracı artıq təmin edib. Gələcəkdə ölkəmiz digər bazarlara da elektrik enerjisi ilə çıxacağını nəzərə alaraq yeni stansiyanın inşa olunması ixrac imkanlarımızı daha da artırır. Az müddət ərzində 855 megavat gücündə yeni generasiya gücləri yaradılır. 385 megavat generasiya gücü isə artıq yaradılmışdır. Yanvar ayında isə Səudiyya Ərəbistanını təmsil edən “ACWA POWER” şirkəti ilə 240 megavat gücündə Külək Enerjisi stansiyasının təməli qoyuldu. Fevral ayında isə “AzerEnerji” tərəfindən inşa edilən 385 megavat gücündə elektrik stansiyasının açılışı oldu. Və bugün 230 megavat gücündə elektrik stansiyasının təməli qoyulur. Bərpa olunan enerji növlərinin inkişafı Azərbaycan üçün prioritet məsələdir. Azərbaycan elektrik enerjisini yalnız ekoloji cəhətdən təmiz mənbələrdən istehsal edir. Qonşu ölkələrdə və Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac vardır. Məhz buna görə dünyanın aparıcı şirkətələri Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdılar.

İşğaldan azad edilmiş ərazilər böyük potensiala malikdilər. Dəqiq hesablamalaaparılıb və 9-10 min megavatlıq günəş ve külək enerji növlərinin istehsalının artması üçün ilkin addımlar atılır. Azərbaycanın sənaye və iqtisadiyyatı durmadan inkişaf edir. Elektrik enerjisi olmadan heç bir ölkə inkişaf edə bilməz. Azərbaycanda zəngin neft və qaz yataqları vardır və bu yataqların istismarı və işlənməsi uğurla gedir. Həm beynəlxaq maliyyə qurumları, həm böyük şirkətlər, investorlar Azərbaycana çox böyük maraqla yanaşırlar. 10 min kv kilometrdən çox olan azad edilmiş torpaqların bərpası ölkəmizin dayanıqlı inkişafını təmin edəcəkdir.Güclü siyası iradə vardır. Bütün bu amillərin vəhdətiölkəmiz üçün çox gözəl bir imkanlar yaradır.


Suraxanı rayon 

Hövsan qəsəbə,bələdiyyəsinin 

sədri Elburus Xəlilov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA