sedanews.az
sedanews.az

Azərbaycanda bərpaolunan enerji layihələrinin həyata keçirilməsi prioritet məsələdir

18-03-2022, 12:40 350 dəfə baxılıb



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazroueinin iştirakı ilə, 15 mart 2022-ci il tarixində bərpaolunan enerji istehsalı sahəsində yeni böyük bir layihənin həyata keçirilməsi üçün təməlqoyma mərasimi keçirilmişdir.

Birləşmiş Ərəb Əmirliklərinin “ Masdar” şirkəti tərərfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının tikintisinə start verilmişdir. Bu stansiya, həm ölkəmizin enerjiyə olan təlabatını ödəyəcək, həm də ixrac imkanlarımızı genişləndirəcəkdir. Bu layihənin icraçısı olan “ Masdar” şirkəti bu sahədə dünyada tanınmış, böyük təcrübəsi olan, bir çox ölkələrdə uzun illər uğurla fəaliyyət göstərən şirkətdir. 

Azərbaycanda belə layihələrin və digər qlobal layihələrin həyata keçirilməsi bir daha göstərir ki, Azərbaycan xarici sərmayə üçün çox cəlbedici və açıq ölkədir. 

Azərbaycan coğrafi cəhətdən elə bir məkandadır ki, bərpaolunan enerji mənbələrindən istifadə üçün, bu potensialdan yararlanmaq üçün çox əlverişlidir. Bu baxımdan daha geniş bir layihənin reallaşması Azərbaycan üçün prioritet məsələdir. Azərbaycan bu layihələrin həyata keçirilməsi, həm xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisi ilə yanaşı, həm də bərpaolunan enerji istehsalçısına çevriləcək. 

Qaradağ Günəş Elektrik Stansiyasının tikintisi və başa çatdırılması 12-18 ay müddətinə nəzərdə tutulmuşdur. Belə layihələrin icrası ölkə iqtisadiyyatının şaxələnməsi deməkdir. Bu şaxələnmə, həm daxili, həm də xarici təlabatdan irəli gələn bir prosesdir. Bildiyimiz kimi dünya bazarında qaza olan təlabat günü-gündən artır. Həm də siyasi çəkişmələr zəminində qazın qiyməti də artmaqdadır. Bu da o deməkdir ki, bərpaolunan mənbələrdən əldə olunan enerji, qaza olan təlabatı azaldacaq və qənaət olunmuş qaz ehtiyatı xarici ölkələrə ixrac olunmaqla gəlirlərin artmasına səbəb olacaq.

Müqavilə çərçivəsində ildə 500 milyon kvt/ saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur ki, bu da öz növbəsində, 110 milyon kubmetr təbii qaza qənaət edilməsinə, 200 min ton karbon emissiyasının azaldılmasına, habelə yeni investorların digər layihələrə cəlb olunmasına səbəb olacaq. 

Alternativ enerji sektoru əmək tutumu yüksək olan sektordur və məşğulluğun artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, Qaradağda bərpaolunan enerji sektorunun inkişafı, regionda yeni iş yerlərinin açılmasına dəyərli tövhə verəcək, yeni iş yerləri açılacaq. Bu layihənin icrası çərçivəsində 700 nəfər daimi iş yerləri ilə təmin olunacaq. 

Qaradağ Günəş Elektrik Stansiyası 550 hektar ərazidə tikiləcək və burada 500 min ədəd günəş panelləri quraşdırılacaq. Xarici sərmayə əsaslı belə layihələrin həyata keçirilməsi nəticəsində il ərzində 330 milyon kubmetr qaza qənat ediləcək, atmosferə 600 min tondan artıq CO2 emissiyasının atılmasının qarşısı alınacaq.

Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2030- cu ilə qədər bərpaolunan enerji sahəsində quraşdırılmış güclərin 30 faizə qədər artırılması kimi mühüm məqsədləri öz qarşısına qoyub. Əlverişli geosiyasi və coğrafi mövqe Azərbaycana zəngin karbohidrogen ehtiyatlardan yeni dividentlər əldə etmək şansı verir. Azərbaycan, Möhtərəm Preziden İlham Əliyevin müdrük siyasətinin, uzaqgörənliyinin nəticəsi olaraq, starteji əhəmiyyətli, qlobal enerji layihələrini həyata keçirməkdə, həm daxildə, həm də xaricdə enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və bu rolun nə dərəcədə böyük əhəmiyyət kəsb etməsi hamıya məlumdur və həmişə prioritet məsələ olaraq diqqət mərkəzindədir. 


“Suraxanı maşınqayırma zavodu” ASC-nin

böyük hüquq məsləhətçisi Məşkur Mirzəyev 








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA