sedanews.az
sedanews.az

Prezident İlham Əliyevin 11 fevral tarixində “Qobu” Enerji Qovşağının açılışı zamanı AZƏRTAC-a verdiyi müsahibəsi ilə əlaqədar

16-02-2022, 14:57 489 dəfə baxılıb



Azərbaycan Respublikası 20-ci əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan bəri ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermişdir.
Ölkə iqtisadiyyatına 2004-2018-ci illər ərzində 224,9 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və enerji sahəsində böyük obyektlərdən biri olan “Qobu” Enerji Qovşağının yaradılması ilə ölkənin enerji təhlükəsizliyinin təmin olunması prosesinə böyük töhfə verilib. Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təməlini 2020-ci ilin avqustunda qoyduğu “Qobu” Enerji Qovşağının açılışında iştirak edib.
Gücü 750 mVt olan Yaşma yarımstansiyasının və 385 mVt gücündə olan elektrik stansiyasının istifadəyə verilməsi, ölkəmiz üçün sabitliyin, sosial rifahın yaxşılaşdırılmasının, iqtisadi inkişafın xəbərçisidir.
Türkiyə, Rusiya, Gürcüstan və İran kimi dörd qonşu ölkəyə elektrik enerjisinin  ixracı bu gün həm Azərbaycanın, həm də digər qonşu ölkələrin enerji təhlükəsizliyinə pay verir. Artıq Azərbaycan dünya miqyasında enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdən biri hesab olunur.
Azərbaycan iqtisadiyyatının sərmərəliliyinin stimullaşdırılması həyata keçirilən iqtisadi siyasət strategiyasının ana xəttinə çevrilib. “ASWA POWER” və Azərbaycan arasında imzalanmış kontraktla təməli qoyulmuş 240 mVt-lıq külək elektrik stansiyası, BP şirkəti ilə Cəbrayıl rayonunda 200 mVt-dan çox gücə malik olan günəş elektrik stansiyasının inşası ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin Mazdar şirkəti ilə danışıqların getməsi xarici şirkətlərin də ölkəmizin uğurlu gələcəyinə inamını göstərir.
Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıtması üçün genişmiqyaslı tədbirlər həyata keçirilir. “Güləbird”, ”Suqovuşan-1”, ”Suqovuşan-2”, Kəlbəcərdə Lev çayı üzərində dörd su elektrik stansiyasının yenidən qurulması da bunu göstərir. Zəngəzur dəhlizi ilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyə və İrana yeni xəttin çəkilişi artıq birinci planlardandır. Prezident İlham Əliyev qeyd edir ki, bu dəhliz nəinki dəmir yolu, avtomobil yolu, hava nəqliyyatı həmçinin enerji növlərinin ixrac edilməsində də mühüm rol oynayacaq.
Müstəqil Azərbaycan ildən ilə güclənir sürətlə inkişaf edir və bütün bu icra olunan layihələr, Azərbaycanın inkişaf və tərəqqi dövrünü yaşaması, Prezident İlham Əliyevin dövlət siyasətinin əsası ölkəmizin inkışafına yönəldiyinin bariz nümunəsidir.

S.Bəhlulzadə adına Xarici dillər təmayüllü Respublika gimnaziyası Azərbaycan dili və ədəbiyyatı müəllimi-Rüstəmzadə Təranə






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA