sedanews.az
sedanews.az

Quraqlıq buğdanın qiymətini artırıb

16-08-2022, 13:01 532 dəfə baxılıb




  Bir il öncə tonu 250 dollara satılan buğdanın qiyməti hazırda 350 dollardır
Avropa son 500 ilin quraqlıq dövrünü yaşayır. Bu yağıntının azalması, çaylarda suyun səviyyəsinin aşağı düşməsində özünü göstərir. Artıq Qərbi Avropanın ən uzun çayı, 6 ölkəni əhatə edən Reyn çayının səviyyəsi 2 metr düşüb. Almaniya Federal Hidrologiya İnstitutunun məlumatına görə, çayın səviyyəsi hələ iki həftə də düşməkdə davam edəcək.
  Yaranmış vəziyyət bu il xüsusilə ərzaqlıq taxıl məhsullarının proqnozdan xeyli az yığılmasına səbəb olu. Məsələn, İtaliyada yağışların az olması düyü və qarğıdalı məhsullarının 60 faizinin itirilməsi ilə nəticələnə bilər.
  Bir çox ekspertlər eyni iqlim ssenarisinin Rusiyada da təkrarlanacağını vurğulayırlar.
Məsələn, Rusiyanın «Meteo» pronqoz mərkəzinin rəhbəri Aleksandr Şuvalov bildirib ki, quraqlıq hava Rusiyanın Avropa ərazilərinin şərqində, Uralda və Sibirin cənubunda, Tümen və Omsk vilayətlərində özünü göstərəcək. Həmçinin Volqaboyunda, Stavropol diyarında, Rostov və Volqoqrad vilayətlərində, Kalmıkiya və Dağıstanda da quraqlıq hava gözlənilir.
  Şuvalov vurğulayıb ki, hazırda bu ərazilərdə temperatur 33-38 dərəcə arasında dəyişir və yağıntı yoxdur. Yəni quraqlıq havasıdır və bu, adətən yazlıq buğda əkinlərinə təsir edir, yəni məhsul proqnozdan az olacaq.
  İqtisadçı ekspert Amal Həsənli Real TV-yə müsahibəsində bildirib ki, Rusiyada məhsulun az olması dünya bazarına, o cümlədən Azərbaycana da təsir edəcək.
  Ekspertin sözlərinə görə, Azərbaycanın idxal etdiyi taxılın 60 faizindən Rusiyanın payına düşür. Yəni Rusiya dünya bazarına istər-istəməz qiymətləri qaldırır və bu da Azərbaycan bazarına təsir göstərir.    Nəzərə almaq lazımdır ki, ötən imlin avqust ayında dünya bazarında buğdanın 1 tonu 250 dollardan ucuz olduğu halda, hazırda qiymət 350 dollar ətrafında dəyişir.
  Yəni buğdanın 1 tonunun idxal qiyməti artıq 600 manata çatır. Bu isə avtomatik olaraq unun 1 tonu üçün lazım olan buğdanın maya dəyərini 1000 manata qaldırır. İstehsal xərcləri unu 20 faiz də bahalaşdırır və 1 ton unun qiyməti 1200 manata çatır. Təbii ki, Azərbaycan dövləti müxtəlif mexanizmlərdən istifadə edərək unun və uyğun olaraq çörəyin bahalaşmaması üçün əlindən gələni edir.
  Təbii ki, dövlət əsas diqqəti un istehsalçılarının xammal kimi yerli buğdadan istifadəsinə yönəldir. Bu, isə çörəyin qiymətini daxili bazara uyğun şəkildə cilovlamaqla yanaşı, regionların əhalisinin daha çox məhsul istehsal etməsinə səbəb olur. Nəticədə, region əhalisinin də gəlirləri artır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA