sedanews.az
sedanews.az

Paşinyandan Şuşa ilə bağlı gülünc açıqlama

17-11-2020, 10:47 547 dəfə baxılıb

Paşinyandan Şuşa ilə bağlı gülünc açıqlama

Deyirlər, Şuşanı satmışıq. Şuşanı kim satıb? Əgər satmışıqsa, son 30 il ərzində satmışıq. Ona görə ki, Şuşa bədbəxt, boz şəhər idi.
Axar.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
“Bizə Şuşa lazım idimi? Əgər lazım idisə, niyə belə vəziyyətdə idi? Bizə bu “azad edilmiş ərazilər” lazım idimi? Əgər lazım idisə, niyə?.. İndi deyirlər ki, niyə “Qarabağ prezidentinin” (keçmiş qondarma “dqr”in “lideri” Araik Arutyunyan nəzərdə tutulur – red.) inauqurasiyası Şuşa keçirilib? Təsəvvür edin, 30 il bütün erməni elitası hesab edirdi ki, Şuşa Dağlıq Qarabağ şəhəridir və “Qarabağ prezidentinin” orada tədbir keçirmək haqqı yoxdur. Şuşa şəhəri fikirlərdə olmayanda satılmışdı. Əgər beyinlərdə olsaydı, belə sual ortaya çıxmazdı”, - o bildirib.
Qeyd edək ki, indi Şuşanın bədbəxt və boz şəhər olmasını iddia edən Paşinyan bir qədər əvvəl buranın itirilməsini müharibənin gedişatında həlledici rol oynadığını, geri qaytarmaq üçün iki uğursuz cəhd etdiklərini açıqlamışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA