sedanews.az
sedanews.az

Vaqif məqbərəsi Şuşanın işğalından əvvəl və indi - FOTO

15-10-2020, 12:16 727 dəfə baxılıb


Vaqif məqbərəsi Şuşanın işğalından əvvəl və indi - FOTO

Azərbaycan ordusunun işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etməsi fonunda erməni vandalizminə məruz qalan bir sıra tarixi abidələrimizin əvvəlki və indiki görüntüsünü əks etdirən paylaşımlar yayılır.
Onlardan biri də Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksidir.
Paylaşımlardan məlum olur ki, biz zamanlar Şuşanın gözəlliyinə xüsusi çalar qatan bu yer işğal müddətində vəhşicəsinə dağıdılıb.
Qeyd edək ki, məqbərənin açılışı 1982-ci ildə baş tutub. Açılışda o zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olan Heydər Əliyev də iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 5-də “TRT Haber”ə müsahibəsində bu hadisəni belə xatırladı:
“Mənim xatirəmdədir, 1982-ci ildə mərhum atamla birlikdə Dağlıq Qarabağa - Şuşaya getmişdik. Bizim böyük şairimiz Vaqifin məqbərəsi açılırdı. Bu məqbərənin açılışı mərasimində erməni və Azərbaycan şairləri şeirlər deyirdilər, Azərbaycan dilində, erməni dilində. O bir dostluq bayramı idi. Yəni, o, mənim şahidi olduğum mənzərədir”.
Kompleks Şuşa şəhərinin ən səfalı yeri olan Cıdır düzünə yaxın bir ərazidə - dahi şairin məzarı üzərində inşa edilib. Burada M.P.Vaqifin Şuşa həyatını əks etdirən dövrlərə aid olan 80-ə yaxın eksponat da nümayiş etdirilirdi.
1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən onlarla eksponat məhv edilib, daşınması mümkün olan eksponatlar isə Ermənistana aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA