sedanews.az
sedanews.az

Alman diplomata tarlada işləyən azərbaycanlı qadının cavabı

30-03-2021, 12:25 466 dəfə baxılıb

Alman diplomata tarlada işləyən azərbaycanlı qadının cavabı

Azərbaycanın Vətən müharibəsində qələbəsindən Almaniyanın “narahat” olması və ölkəmizə qarşı tutduğu mövqe yadıma bir əhvalatı saldı.
İllər öncə, Sovet Azərbaycanı zamanında Almaniyadan respublikamıza nümayəndə heyəti gəlir. Bu nümayəndə heyətini Azərbaycanın rayonlarına səfərə aparırlar. Sovet dövrünün təbliğatı necə olmalıdır ki? Harda zəhmətkeş, əliqabarlı var, nümayəndələrə oraları göstərirlər. Məsələn, pambıq tarlalarında çalışan qadınlar, çay yığan qızlar, kotanla əlləşən kişilər. Bir sözlə, zəhmətkeş və xoşbəxt sovet xalqı.
Bir tarlanın yanından keçəndə alman nümayəndə heyəti maşını saxladıb, “zəhmətkeş xalq”la təmasa keçmək istəyir. Nəsə, düşürlər tarlaya və orda işləyən manqabaşıya yaxınlaşırlar.
Alman tərcüməçi vasitəsilə bu manqabaşıdan bəzi zadlar soruşur, arvad da bunun suallarına kəsə cavab verir. Nəhayət, keçir şəxsi suala.
Soruşur ki, sənin neçə uşağın var? Arvad da qayıdır ki, Söylünün sözü olmasın, 9-u evdədir, biri də qarnımda!
Alman dəli olur, təəccübdən gözü kəlləsinə çıxır və ürəyiyananlıqla qayıdır ki, bəs, bu uşaqları bu qədər işin-gücün içində necə tərbiyə edirsiniz? Onlar başsız qalmırmı-filan...
Azərbaycanlı xanım da qəfil qayıdır ki, bizim necə övlad böyütdüyümüzü nemeslər 41-45-də gördülər axı!
Almanı bu söz necə tutursa, birbaşa maşınına qayıdır və səsini o udan olur...
Deyəsən, 50 il əvvəl Azərbaycandan gedən almandır, indi səsi Almaniyanın xarici siyasəti kimi dünyanı başına götürüb...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA