sedanews.az
sedanews.az

Diversiya niyə Zərifin İrəvanda olduğu gün baş verdi?

27-05-2021, 15:25 335 dəfə baxılıb

Diversiya niyə Zərifin İrəvanda olduğu gün baş verdi?

Ermənistan tərəfi son bir neçə gündə sərhəddə atəşkəsin pozulması ilə müşaiət olunan təxribatlarını artırıb. İran xarici işlər naziri Cavad Zərif dünən Ermənistanda səfərdə olduğunu nəzərə alsaq, səfər gününün gecəsi düşmənin diversant qruplarının ərazimizə daxil olması heç də təsadüf deyil.
Bu təxribata Zərifin İrəvan səfərinin təsirinin olub-olmadığı məsələsi də diqqətdən kənarda qalmamalıdır.
Görünən odur ki, Ermənistan bununla Rusiyanı fakt qarşısında qoymaq istəyir. Məqsəd bir tərəfdən atəşkəsi pozmaqla demarkasiya prosesini əngəlləmək, digər tərəfdən baş verən gərginlik fonunda İran kimi regional və digər beynəlxalq oyunçuları buraya cəlb etməkdir. Ermənistan vəziyyəti gərginləşdirməklə dünyaya Rusiyanın öz üzərinə götürdüyü sülhməramlı missiyasını yerinə yetirə bilmədiyini göstərmək, prosesi uzatmaq, son nəticədə bölgəyə əlavə regional və beynəlxalq güclərin yerləşdirilməsinə nail olmaq istəyir.
Bu məqsədə nail olmaq üçün Paşinyan İranın baş diplomatının İrəvanda səfərdə olduğu gün KTMT-ni sərt şəkildə tənqid etməklə Rusiyaya “Mən tək deyiləm” mesajı verdi və üstüörtülü şəkildə onu BMT TŞ-yə müraciətlə təhdid etdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA