sedanews.az
sedanews.az

Zəfər yolu bu tarixdə tam hazır olacaq

8-09-2021, 11:13 289 dəfə baxılıb

Zəfər yolu bu tarixdə tam hazır olacaq



Zəfər yolu sentyabrın axırında istifadəyə tam hazır olacaq.
Axar.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
O bildirib ki, 101 kilometrlik Zəfər yolunun asfaltlanma işləri yekunlaşıb:
“Hazırda yolun xətlənməsi, yol nişanlarının quraşdırılmasına başlanılıb. Yaxın vaxtlarda bu işlər də tam başa çatacaq və Zəfər yolu tam olaraq istifadəyə veriləcək”.
A.Nəcəfli deyib ki, dünyanın heç bir ölkəsində 10 ay ərzində respublika əhəmiyyətli yol sıfırdan tikilib istifadəyə verilməyib:
"Bu, respublika əhəmiyyətli yoldur. 10 ay ərzində körpü-keçidlərlə birlikdə 101 kilometrlik yol inşa edilib. Bir aya təxminən 10 kilometr yol tikilib. Soyuq və şaxtalı havada belə bu yolda işlər sürətlə davam etdirilib. Yol sentyabrın axırında istifadəyə tam hazır olacaq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA