sedanews.az
sedanews.az

Azərbaycana mane olmaq üçün İrandan YENİ PLAN - Tehran əl çəkənə oxşamır

4-11-2021, 11:11 276 dəfə baxılıb

Azərbaycana mane olmaq üçün İrandan YENİ PLAN - Tehran əl çəkənə oxşamır

"Ermənistan-İran hərbi-texniki əməkdaşlığının çərçivələri bəllidir. Çərçivələr də ondan ibarətdir ki, Ermənistanın kifayət qədər pulu, imkanı yoxdur ki, kimdənsə külli miqdarda bu qədər texnikanı alsın".
Bunu Milli.Az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, İranın Ermənistanla hərbi-texniki əməkdaşlığını gücləndirmək istəyi bir oyundur, yeni bir siyasi gedişatdır:
"Rusiya ilə münasibətlərini nümunə kimi göstərsək, deyə bilərik ki, Ermənistan daha çox kredit hesabına iri həcmli hərbi texnika almaq iqtidarındadır. İran inanmıram ki, hansısa kredit verə bilə. İranın özünə kredit verən lazımdır. Digər tərəfdən də İran hərbi-texniki məsələləri qabardaraq siyasi oyun nümayiş etdirir. Yəni bu siyasi oyun ondan ibarətdir ki, "Biz Ermənistanı hətta silahlandırmağa da hazırıq, hətta hansısa bir hərbi-texniki sahədə işlər də aparmğa hazırıq ki, bu da regional təhlükəsizliyə bir töhfə verə bilər". Amma əslindıə burada regional təhlükəsizlikdən yox, yeni hərbi-siyasi tandemin yaranmasından söhbət gedir və yaxud da ona olan cəhdlərdən söhbət gedir və İran bu cəhdlərini nümayişkarcasına davam etdirir. Lakin bunun da çərçivələri bəllidir, çünki Ermənistan KTMT-nin üzvüdür. Burada Ermənistan KTMT qarşısında öhdəliklər daşıyır. Eyni zamanda Rusiya ilə də onun hərbi müttəfiqliyi var və Rusiyanın da qarşısında müəyyən məsuliyyət daşıyır. Ona görə də bu məsələdə əgər Rusiyanın qəti etirazı olsa, onda İrəvan da məcbur olub İrana tərəf addımlarını məhdudlaşdıracaq. 
O ki qaldı Azərbaycana, burada İranın yəqin, siyasi rəhbərliyinin məqsədi ondan ibarətdir ki, göstərməyə çalışır, baxmayaraq ki, Azərbaycanla münasibətlərin yenidən tənzimlənməsi niyyətindədir, amma öz prearitetlərindən əl çəkmək niyyətində deyil. Prioritet də Ermənistanla münasibətləri müxtəlif sahədə, o cümlədən hərbi-texniki istiqamətdə möhkəmləndirməkdir. İran tərəfi hesab edir ki, onlar beləliklə balanslaşdırılmış siyasət yürüdürlər. Amma, bu, yenə də məsələlərə real yanaşan, olduğu kimi dərk edən insanlar üçün sadəcə olaraq bir oyundur, bir siyasi gedişatdır və bunun real geosiyasi çəkisi kifayət qədər çox deyil, regionda gedən proseslrə təsir göstərə bilməz. Sadəcə olaraq İranla Ermənistan arasında bu hərbi-texniki əməkdaşlıq bir qədər gedən prosesləri mürəkkəbləşdirməyə gətirib çıxara bilər. O da ki, yenə deyirəm, aparıcı regional iştirakçılar üçün hər halda arzuolunmaz bir siyasi cəhddir".
Təhməz Əsədov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA