sedanews.az
sedanews.az

Prezidentin yerli telekanallara müsahibəsi

18-01-2022, 12:40 354 dəfə baxılıb

                                 Prezidentin yerli telekanallara müsahibəsi

Vətən müharibəsində qazanılmış tarixi zəfər də ümumilli liderin ən böyük arzularından birinin gerçəkləşməsi ilə yanaşı, həm də bu yolda həyata keçirdiyi ciddi, əsaslı tədbirləri onun ən sadiq varisi İlham Əliyevin ardıcıl davam etdirməsinin nəticəsi oldu. Ulu öndərin ideya və əməllərinin təntənəsidir ki, bu gün Azərbaycan regionun ən qüdrətli dövləti, Cənubi Qafqazın gələcəyini müəyyən edən yeni gerçəkliyin müəllifidir. Ümumimlli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycan region üçün mərkəzə çevrilibdir. Bizim nüfuzumuz artır, gücümüz artır. Bu bizə imkan verəcək ki, qarşımızda duran bütün məsələləri öz xeyrimizə həll edək.
Qlobal əhəmiyyətli infrastruktur layihələri Azərbaycanın Avrasiya məkanında mərkəzi nəqliyyat dəhlizinə çevrilməsi üçün geniş imkanlar yaratmışdır. Siyasi müstəqillik iqtisadi müstəqilliklə möhkəmləndirilmiş, Azərbaycan qısa tarixi dövr ərzində kapital idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir. Əlverişli geosiyasi vəziyyətindən məharətlə istifadə edilməsi Azərbaycanın regionda lider dövlətə çevrilməsinə və qabaqcıl dünya dövlətləri arasında mövqeyinin möhkəmləndirilməsinə səbəb olmuşdur.
12 yanvar 2022-ci il tarixdə Cənab Prezident yerli telekanallara verdiyi müsahibə zamanı bildirmişdir ki: Bizim siyasətimizin təməlində, insan amili olduğu üçün daim sosial sahəyə xüsusi diqqət göstərilir. Həm maaşların, pensiyaların təqaüdlərin qaldırılması, həm də sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqətin göstərilməsi kimi sosial paket imkan verir ki, biz iqtisadi islahatları uğurla həyata keçirək.
Ənənəvi kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə fikir versək, deyə bilərik ki, Azərbaycanda son illər ərzində meyvə və tərəvəz istehsalı artıb. Qeyri-neft ixracatında pambıqçılığı diriltdik. Azərbaycan heç vaxt süd istehsal etmirdi və ənənəvi olaraq mal-qaranın cinsi südçülük üçün əlverişli deyildi. Ona görə cins mal-qaranın alınmasına böyük vəsait xərcləndi.
İşğaldan azad edilmiş ərazilərdə vaxt itirmədən əkin işlərinə başlanmış və böyük vəsait səfərbər olunmuşdur. Bu reallıqdır. Əhali artır, ildən-ilə tələbat artır. Pandemiyaya görə ölkəmizə xarici vətəndaşların gəlişində azalma olub. Pandemiyadan sonra yenə də milyonlarla turist gələcək. Bunun üçün özümüzü demoqrafik perspektivlərimizi nəzərə alaraq müasir texnologiyalar, iri fermer təsərrüfatları yaratmalıyıq.
Tarixdə əbədi qalacaq 44 günlük Vətən müharibəsi dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi.
Bundan sonra dünya ölkələri Azərbaycan xalqını daha yaxından tanıyacaq, onun qəhrəmanlığına, cəsurluğuna bir qarış torpağının işğalda qalmasına dözməyən, bu yolda canından keçməyə hazır olan vətənpərvər kimi qəbul edəcək.
Bu gün cənab Prezidentimiz İlham Əliyev Qarabağ münaqişəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdıran zaman Azərbaycan xalqının qəhrəmanlığını dilə gətirdi. Dedi ki: Qaliblərin dostları çox olur. Bu gün beynəlxalq təşkilatlar-BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB yeni reallıqları tamamilə qəbul ediblər. Azərbaycan müharibəni ləyaqətlə, beynəlxalq humanitar normaları pozmadan aparıb. Ermənistan tərəfi isə hücumlar edərək, Gəncə, Bərdə və Tərtər şəhərlərini bombalayıb, mərmilər atmışlar. Mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə qarşı hərbi cinayətlər törədib, bizim şəhərlərimizi ballistik raketlərlə, fosforlu bombalarla, kasetli bombalarla atəşə tutub. Bu namərd atəş nəticəsində 100-ə yaxın mülki vətəndaş, onların arasında uşaqlar, qadınlar həlak olublar. Ancaq Azərbaycan vətəndaşı öz torpaqlarından bir addım geri atmayıb. Bu Zəfər idi.
Tarixin, ədalətin, mədəniyyətin, Azərbaycan xalqının və onun müzəffər Ali-Baş komandanının Zəfəri.
Müharibə nəticəsində beynəlxalq ictimaiyyət növbəti dəfə erməni vandalizminin şahidi oldu. İşğaldan azad olunmuş ərazilərə dərhal müxtəlif ölkələrədən olan diplomatların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin təşkil olunmuş səfərləri erməni siyasətinin əsl simasını ifşa etmişdir. Azərbaycan fəal diplomatik fəaliyyəti nəticəsində bu reallıqların dünyada qəbul edilməsinə şərait yaratdı.
Biz Qarabağ problemi kimi ağır yükü çiynimizdən atdıq və hesab edirik ki, yeni dünya düzənində də təşəbbüs göstərən ölkələrdən olacağıq. Hər an hazır olmalıyıq ki, özümüz öz gücümüzə əsaslanaraq istənilən vəzifəni istənilən yerdə yerinə yetirək və bayrağımızı həmişə uca tutaq.
                                                                        Suraxanı rayonunun fəal gənci Arzu Məmmədli






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA