Müzəffər sərkərdə
Müzəffər sərkərdə
Ulu öndər Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı Prezident İlham Əliyevin hələ 2003-cü il oktyabrın 15-dən ölkə başçısı kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirməsi varisliyin layiqli davamının siqnalı idi. Onun ümummilli lider Heydər Əliyev siyasi xəttini yüksək səviyyədə davam və daha da inkişaf etdirməsi müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm amil kimi çıxış edir. Ənənəyə sadiq qalaraq, yeni iş yerləri açılır, əhalinin sosial rifahı yüksəlir, dövlət büdcəsinin gəlirləri artırılır, Azərbaycan idxalçı ölkədən ixrac edən ölkəyə çevrilməyə başlayır. Regionların inkişafı, durmadan aparılan abadlıq və yenidənqurma işləri, təhsil sistemindəki islahatların uğurlu nəticələri, neft bazarındakı üstün mövqe, səhiyyə sisteminin müasir standartlara cavab verməsi, turizmin və idmanın inkişafı Prezident İlham Əliyevi Azərbaycanda alternativsiz liderə, Cənubi Qafqaz regionunda isə böyük siyasi və dövlət xadiminə çevirir.
Artıq bu gün Azərbaycan regionun lider dövləti olaraq, strateji məsələlərin həllində müstəqil və prinsipal mövqe nümayiş etdirməklə enerji təhlükəsizliyi sahəsində dünya birliyinin vacib partnyoruna çevrilib. Beləliklə, ölkəmizdə 18 il ərzində əldə olunmuş böyük uğurların təməlində Prezident İlham Əliyevin mütərəqqi yolu dayanır. Hər zaman verdiyi vədə sadiq qalan dövlət başçımız, bu dəfə də vədinə əməl etdi, düşmən caynağından azad edilən torpaqlarımıza Qalib, Müzəffər Sərkərdə kimi qədəm qoydu. 44 günlük zəfər yürüşündə döyüşlərin aparılması, taktikaların və strategiyaların müəyyən edilməsi, ordu birləşmələrinin hərəkət trayektoriyaları, əməliyyatların hazırlanması və s. tərtibi planlar birbaşa Ali Baş Komandan cənab İlham Əliyevin nəzarəti altında işlənilir və həyata keçirilirdi. 30 il boyunca dağıdılmış, viran qoyulmuş, talan edilmiş ərazilərimizin qısa müddətdə bərpası üçün də mühüm qərarlar verən cənab Ali Baş Komandan dünyaya onu da mesaj olaraq çatdırdı ki, Azərbacan xalqı və dövləti bütün çətinliklərdən, sınaqlardan qalib çıxmaq əzmindədir.
Suraxanı rayonu, 87 nömrəli tam orta məktəbin direktoru Ələkbərova Elmira