sedanews.az
sedanews.az

Yeni Azərbaycan Partiyası dayanıqlı inkişafın və siyasi sabitliyin təminatçısıdır

15-11-2021, 12:04 453 dəfə baxılıb

                Yeni Azərbaycan Partiyası dayanıqlı inkişafın və siyasi sabitliyin təminatçısıdır

1992-ci il noyabrın 21-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında təsis konfransı keçirilən Yeni Azərbaycan Partiyası ötən dövrdə böyük inkişaf yolu keçmişdir. Ulu Öndərimiz Yeni Azərbaycan Partiyasının yaradılması zərurətini belə əsaslandırmışdır: “Yeni Azərbyacan Partiyası Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın ağır dövründə ölkəmizin qarşısında duran məsəslələrin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış partiyadır. Buna görə də bizim əsasımız vardır deyək ki, Yeni Azərbaycan Partiyası müstəqilliyin həyata keşirilməsinin əsas qüvvəsidir və təkcə onun qorunub saxlanmasının yox, Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsinin təminatçısıdır”
Tarix bir daha təsdiq etdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının mütləq iradəsini əks etdirən siyasi təşkilat kimi dünənimizin, bu günümüzün və gələcəyimizin partiyasıdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbyacanı parçalamaq və məhv olmaq təhlükəsindən xilas etmiş, müstəqilliyimiz qorumuşdur. Bu gün isə ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev Azərbaycanı davamlı inkişaf və tərəqqiyə, sabitliyə, təhlükəsizlik və yüksək rifaha Yeni Azərbaycan Partiyasının ideoloji prinsiplərinin həyata keşirilməsi nəticəsində nail olunmuşdur. Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etməsi və qazandığı böyük tarixi qələbə də ümummilli liderimiz tərəfindən işlənib hazırlanmış və Yeni Azərbaycan Partiyasının platformasında öz əksini tapmış ordu quruculuğu strategiyasının uğurlu davam etdirilməsinin nəticəsidir.
Ulu Öndərimiz Yeni Azərbaycan Partiyasını yaradarkən qarşıya bir məqsəd qoymuşdu: Azərbaycanın müstəqilliyini qorumaq, Azərbaycanı yaşatmaq və qüdrətli dövlətə çevirmək. Qarşıdakı illərdə də dahi rəhbərin ideyaları əsas fəaliyyət istiqamətimiz olacaqdır. Partiyamızı və ölkəmizi ümummilli liderin yolu ilə aparan dövlət başçısı cənab İlham Əliyevin dediyi kimi: “Bizim siyasətimiz Heydər Əliyev siyasətidir, Heydər Əliyevin qoyduğu yoldur. Bizim dayağımız Azərbaycan xalqıdır və iqtidarın mənbəyi xalqdır. Biz bütün təşəbbüslərdə Azərbaycan xalqının dəstəyinə arxalanırıq. Bizim ideologiyamız azərbaycançılıq, dövlətçilik, müstəqillik ideologiyasıdır. Bu da bütün cəmiyyəti birləşdirir və biz bu yolla uğurla addımlayırıq”
                                                                                Suraxanı rayonu, Ramiq Abidov adına
                                                                   85 nömrəli tam orta məktəbin direktoru Maxsud Əhmədov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA