sedanews.az
sedanews.az

Rusiyanın şəhərinə "müştəri" çıxdı: "Ora bizimdir"

26-03-2022, 13:20 266 dəfə baxılıb

Rusiyanın şəhərinə "müştəri" çıxdı: "Ora bizimdir" 



Polşanın Quru Qoşunlarının sabiq komandanı general Valdemar Skşipçakın dediyinə görə, Rusiyanın Kalininqrad şəhəri  əslində polyakların qədim yaşayış məntəqəsidir.
Milli.Az Do Rzeczy-yə istinadən bildirir ki, V.Skşipçakın dediyinə görə, bu şəhərin Rusiyadan alınmasının vaxtı çatıb.
"Fikrimcə, əzəli Polşa ərazisi olan Kalininqradla bağlı məsələnin həlli yollarının aranmasının vaxtı çatıb. Şəhər 1945-ci ildən bəri Rusiyanın işğalı altındadır. Halbuki həmin ərazilər tarixən Prussiya və Polşa torpaqları olub. Bu səbəbdən də Polşanın Kaliniqrada iddia etməsinin qanuni əsasları var", - general V.Skşipçak deyib.
Generalın dediyinə görə, Kalininqrad şəhəri Baltika dənizinə və Polşa ovalığına aparan qapıdır: "Bu yerlərdən Mərkəzi və Qərbi Avropaya yol keçdiyindən Rusiyanın hərbi və siyasi strategiyasında Kalininqradın xüsusi yeri var".
Əzəli pruss kəndi Tvanqste olmuş bu məkanda 1255-ci ildə Tevton Ordeninin cəngavərləri çex kralı 2-ci Prjemısl Otakarın şərəfinə Köniqsberq (almanca "Kral Dağı") qalası inşa etmişdilər. Qala sonradan böyüyərək şəhərə çevrilmişdi.
Polyaklar bu şəhəri Korolevets adlandırırdılar.
Şəhər 1946-cı ilin iyulun 4-dən sonra Kalininqrad olub.
Dünyaca məşhur alman filosof İmmanuil Kant bu şəhərdə yaşayıb və dəfn olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA