sedanews.az
sedanews.az

SMS-icazə sistemi yenidən tətbiq ediləcək? – Açıqlama

26-10-2020, 10:57 47 dəfə baxılıb

SMS-icazə sistemi yenidən tətbiq ediləcək? – Açıqlama

Koronavirusa yoluxma bu cür davam edərsə, SMS-icazə sistemi və digər sərt tədbirlər yenidən tətbiq edilə bilər. Çünki artıq belə bir zərurət yaranıb.
Bunu Axar.az-a açıqlamasında professor Adil Qeybulla deyib. O bildirib ki, yoluxmanın bu cür artmasının əsas səbəbi ictimai nəqliyyatdakı problemlərdir:
“Sərt tədbirlər üçün artıq zərurət yaranıb. İnsanların yoluxması bu cür davam etsə, xəstəxanalarda yer olmayacaq və bəzilərinin müalicəsi məcburi ambulator müalicəyə keçiriləcək. Bütün bunlar hamısı ciddi məsələdir və hazırda müharibə şəraitində belə bir hal əlavə yükdür. Bu hal ön cəbhəyə keçsə, böyük təhlükə yarana bilər. Buna görə də yoluxmanın qarşısını almaq üçün ən sərt tədbirlər tətbiq edilə bilər və bunu normal qarşılamaq lazımdır. Bu yaranmış situasiyaya son vaxtlar cəbhədə baş verən məsələlər də təsir edib, küçədə, avtobusda, insanların kütləvi toplaşdığı yerlərdə maskasız gəzənlər çoxdur. Bunların hamısı məsuliyyətsizlik nümayişidir. Bütün bunların nəticəsini indi biz yaşayırıq”.
A.Qeybulla bildirib ki, ictimai nəqliyyatda karantin davranış qaydalarına riayət edilmir:
“ Halbuki ən böyük yoluxma mənbəyi ictimai nəqliyyatdır. Bununla bağlı aidiyyəti qurum tərəfindən də tədbir görülmədi və günü-gündən vəziyyət pisləşdi”.
Qeyd edək ki, ötən gün rekord sayda – 946 yoluxma qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA