sedanews.az
sedanews.az

“Remdisivir” koronanın qarşısını alacaq – Həkim

20-05-2020, 12:53 683 dəfə baxılıb

“Remdisivir” koronanın qarşısını alacaq – Həkim




                Vaksin icad olunana qədər prafilaktikaya əməl etmək lazımdır. Hazırda “Remdisivir” adlı dərmanın üzərində çox ciddi iş gedir. Ola bilər ki, yaxın vaxtlarda dərmanın istehsalı və onun insanlar üzərində sınaqdan keçirilməsi prosesinə başlayacaqlar.
Axar.az xəbər verir ki, bu sözləri tibb üzrə professor Adil Qeybulla pandemiyadan qorunmaq yolları və vaksinlə bağlı danışarkən deyib. Professor bildirib ki, bu dərman prosesin qarşısını almağa xeyli kömək edəcək:
“Vaksinin vurulması ən azı insanların 70 faizində immunizasiya yaratmalıdır. Bundan sonra biz kollektiv immunitetdən danışa bilərik. Kollektiv immunitetin yaranmasının digər yolu da hər şeyi özbaşına buraxmaqdır. Bu zaman hamı yoluxur, sağalan sağalır, ölən ölür və kollektiv immunitet formalaşır. Ancaq bu, böyük itkilər bahasına başa gələ bilər və çox təhlükəli yoldur”.
A.Qeybulla bildirib ki, digər bir yol da yoluxmuş insanların plazmasından istifadə etməkdir. Ancaq bu çox çətin prosesdir:
“Koronavirusdan sağalan insanlar tapılmalı, onların plazması əldə olunmalı, o plazmalar mikroblardan təmizlənməlidir. Bundan sonra xəstə insanın bədəninə yeridilməlidir. Bu, o qədər də asan proses deyil”.
Həkim qeyd edib ki, ilk növbədə bu virusa yoluxmamaq üçün özümüzü qorumalıyıq:
“Karantin davam etdikcə tətbiq edilmiş prafilaktik tədbirlərə əməl edilməsi məsləhətdir. Yaxın təmasdan qaçmaq, insanların sıx toplaşdığı yerlərdə olmamaq, gigiyenik qaydalara əməl etmək lazımdır. Əgər hələ də yaxınlarınızdan kimsə bu virusa yoluxmayıbsa, bu, belə bir virusun olmaması anlamına gəlmir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA