sedanews.az
sedanews.az

Elçin Elza Seyidcahanın şeir yazmasını tənqid etdi: "Ayıbdır"

13-09-2024, 18:48 127 dəfə baxılıb

    Müğənni Elçin Cəfərov "Rəngarəng" verilişində əməkdar artist Elza Seyidcahanın şeir yazmasını tənqid edib.
Teleqraf.com xəbər verir ki, müğənni əməkdar artist haqqında bu sözləri deyib: "Elza Seyidcahanın bu cür şeirlər yazmasına qətiyyən müsbət yanaşmıram. Onu qınayıram. Açıq deyim ki, bəzi sözlər var, gündəlik həyatımızda işlətmirik.
Amma şeirlər səslənəndə və sosial şəbəkədə yayılanda həmin sözlər yadımıza düşür, bu, abırlı hal deyil. Ayıbdır. Mən fəlsəfəni də anlayıram, Elza xanım elə belə insan deyil, sənətkardır. Amma elə şeylər var ki, ədəbdən kənardır.
Bizim işimiz mədəniyyəti təbliğ etməkdir. Biz efirdə mədəniyyəti təbliğ etməliyik. Ağzımızdan çıxan sözə fikir verməliyik. Amma belə şeyləri görəndə o qədər məyus oluram ki, mənə pis təsir edir. Bu sözlərimdən sonra Elza Seyidcahan haqqımda mənfi danışsın. Heç bir problem yoxdur".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA