sedanews.az
sedanews.az

Cavanşir Məmmədov xanımların geyimini tənqid etdi: “Reytuz”la gəzirlər”

22-04-2021, 13:02 514 dəfə baxılıb

Cavanşir Məmmədov xanımların geyimini tənqid etdi: “Reytuz”la gəzirlər”


“Keçmiş dövrlə indiki arasında fərq çoxdur. Biz sovet tərbiyəsi alaraq böyümüşük. Məsələn, yadınızdadırsa, idman dərsində qızlarla oğlanların müəllimləri fərqli olardı. Qızlar dərsdə “reytuz”la iştirak edərdi, kişilər də “finka” geyinərdi. İndi xanımlar “reytuzla” toya gəlirlər, yaxud da küçədə gəzirlər”.
BAKU.WS “axşam.az”a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov “6/8 axşam şousu”nda deyib. Müğənni bu dəfə xanımların geyimlərini tənqid edib:
“İndi paltarlı qadın görəndə sevinirəm. Deyirəm, nə yaxşı paltar geyinib. Axı indi hamı şalvar geyinir. Açıq danışıram.
Şalvarı bədən formasını göstərmək üçün geyinənlə, dərinin rəngini nümayiş etdirmək üçün geyinən arasında fərq var.
Qışda adam ayağı açıq geyinə bilər? Lakin bəzi qadınlar üstdən palto geyinirlər, ayaqları da açıq olur. Bilirsiz niyə? Yəni mənim bədənim bu rəngdir. Bunun da əleyhinə deyilik. Amma qədərində olsun”.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA