sedanews.az
sedanews.az

İrandan Bəhreyn ərazisinə PUA hücumu: Xarici İşlər Nazirliyindən bəyanat

Bugün, 15:32


   İran Bəhreyn ərazisinə dronlarla hücum edib.
Oxu.Az-ın "Bəhreyn" agentliyinə istinadən xəbərinə görə, bu barədə krallığın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Xarici İşlər Nazirliyi sübh tezdən İranın PUA-lardan istifadə etməklə Bəhreynə hücumunu ən sərt şəkildə pisləyir. Bu, (Bəhreynin) suverenliyinin kobud şəkildə pozulması, vətəndaşların və sakinlərin təhlükəsizliyinə açıq təhdiddir", - deyə bəyanatda bildirilib.
  Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq İran ərazisinə zərbələr endirildiyini bildirib. Öz növbəsində İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ qoşunlarının Yaxın Şərqdə yerləşdikləri yerlərə cavab zərbələri endirdiyini bəyan edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA