sedanews.az
sedanews.az

Sənin ələ keçməyə haqqın yox idi! - Erməni deputat Vardanyana qəzəbləndi

27-02-2025, 18:00 98 dəfə baxılıb


Ermənistanın hakim “Mülki müqavilə” partiyasının deputatı Andranik Koçaryan hazırda Bakıda məhkəməsi keçirilən erməni oliqarx Ruben Vardanyanı ittiham edib.

Koçaryan jurnalistlərlə söhbət zamanı bildirib ki, Vardanyanın ələ keçməyə haqqı yox idi.

“Onun ələ keçirilməsi ölkəmiz üçün təhlükə yaradır”, - deputat vurğulayıb

“Ruben Vardanyanın vaxtilə dedikləri bu gün ona qarşı istifadə olunur. Nə vaxtsa sizə qarşı istifadə olunacaq heç nə deməyin. Onu ələ keçirmək Azərbaycana lazım idi”,- Andranik Koçaryan əlavə edib.

O bildirib ki, Vardanyan bir yolla Qarabağdan qaçıb qurtarmalı idi:

“Sənin ələ keçməyə haqqın yox idi. Bu səviyyəli adamlafın ələ keçirilməsi ölkəmiz üçün təhlükədir".(modern.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA