Qarabağın Unudulmaz Qəhrəmanı — Milli Qəhrəman Vəzir Surxay oğlu Orucov
Vəzir Surxay oğlu Orucov 26 dekabr 1956‑cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur. O, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda aparılan mübarizəyə könüllü qoşulmuş qəhrəman zabitlərdən biri idi.
1992‑93‑cü illərdə başlayan Birinci Qarabağ müharibəsində Vəzir Orucovun adı igidlik və qəhrəmanlıq nümunəsi kimi yaddaşlara həkk olunub. O, döyüş meydanında düşmənin zirehli texnikasına qarşı cəsarətlə vuruşarkən ağır yaralanmış, lakin geri çəkilməmişdi. 1993‑cü il martın 22‑də Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
2015-ci il 28 dekabrda Rusiya jurnalisti və naşiri Aleksandr Nevzorovun Qarabağ münaqişəsi barədə xatirələrini bölüşərkən Vəzir Orucov haqqında bu fikirləri səsləndirib:
| Heç kim inciməsin, ancaq mənim indiyədək tanıdığım ən cəsur insan azərbaycanlı olub. Onun adı Vəzir idi. O, digərlərindən heç nə ilə fərqlənmirdi. Çox çirkli, balıq iyi verən bir buşlat geyinirdi. Vəzir isə qaçmadı. O, partladılmış maşınında qurdalanıb öz silahını tapdı. Sonra da mənimlə əl verib görüşəndən sonra çıxıb getdi. O, elə addımlayırdı ki, Şekspirin heç bir qəhrəmanı elə gedə bilməzdi. O, kürəyini arxaya çevirib sakitcə getməklə sübut edirdi ki, heç vaxt düşmən qarşısından qaçmayacaq. Heç güllə səsi eşidəndə də addımlarını sürətləndirmədi. Güllələri isə göyə, salyut kimi atırdılar. |
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: