Kənd təsərrüfatı fəaliyyəti ilə bağlı obyektlərin tikintisi üçün icazə tələb olunacaq
![]()
Kənd təsərrüfatı fəaliyyəti ilə bağlı obyektlərin tikintisi üçün icazə tələb olunacaq
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.
Sedanews.az Xəzər TV-yə istinadən bildirir ki, əmlak eksperti Ramil Osmanlı bildirib ki, dəyişiklikdə məqsəd kənd təsərrüfatı təyinatlı torpaqların təyinatına uyğun olaraq istifadəsinə maraq yaratmaqdır. Bu isə torpağın gəlirliliyini artıracaq ki, dəyəri də buna paralel olaraq artacaq.
Ekspert bildirib ki, bu addım kənd təsərürfatı təyinatlı torpaqların "tikinti bumu" altında yoxa çıxmasının qarşısını almaq üçün atılıb. Yeni qanun boşluqları bağlayır. Artıq bu sahələrdə istixana və ya köməkçi tikili kimi inşaat işləri aparıb, yaşayış və kommersika obyektinə çevirmək olmayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: