sedanews.az
sedanews.az

Mədəni-irsimiz Şuşada müzakirə olunub

20-05-2022, 16:54 385 dəfə baxılıb



     Qarabağda dağıdılan abidələr beynəlxalq konfransda gündəmə gətirilib
"Post-münaqişə dövründə Humanitar Gündəliyin inkişaf etdirilməsi: Mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf" mövzusunda keçirilən beynəlxalq Konfransda Qarabağın humanitar sahədə inkişafı üzrə vacib məsələlər müzakirə olundu.
    Şuşada Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutuan toplantıya qatılan İSESKO-nun baş direktoru Salim Əl-Malik, Türk Dövlətləri Təşkilatının Baş Katibi Bağdad Amreyev, Böyük Britaniya Sülh, Etimad və Sosial Münasibətlər İnstitutunun rəhbəri Mayk Hardi, TÜRKSOY-un prezidenti Sultanbəy Rzayev və digər xarici qonaqlar mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığı yüksək qiymətləndirib, dünyada sülh çağırışı edən Azərbaycanı dəstəklədiklərini vurğuladılar.
   “Şuşanı gəzdik və bura çox gözəldir. Burada mədəni irsin dağıdılması olduqca ağrılıdır. Düşünürəm ki, mədəni irs sülhün əldə olunmasında əsas faktordur. Konfransda bu gözəl bölgəni yenidən necə canlandıra biləcəyimizə dair fikirlərimizi bölüşdük. Bütün bunlar sülhün əldə olunması ilə başlayır. Mənim təşkilatım, əməkdaşlıq etdiyimiz ölkələrdə mədəni irsin inkişafına dair məsələlərin həlli ilə məşğuldur. Biz Azərbaycanda da post-münaqişə dövründəki problemlərin həlli ilə maraqlanırıq. Qarabağda mədəni irsin canlandırılmasına necə kömək edəcəyimizi müzakirə edirik”, - ICCROM-un Baş direktoru Vebber Ndoro deyib.
     İşğaldan azad olunan ərazilərdə tarixi irsi bərpa etmək, mədəni ruhu geri qaytarmaq üçün ilkin addımların atılması beynəlxalq ekspertlərin diqqətindədir.
“Qarabağa növbəti dəfə gəldiyim üçün şadam. Ötən il Ağdam səfərimdə 27 illik işğaldan sonra şəhərin vəziyyəti məni məyus etdi. Amma Şuşada gördüklərim məni sevindirdi. Deməli, Azərbaycan addım-addım Qarabağda həyatı yenidən bərpa edir. Qarabağın yenidən qurulmasında, dinamik və müasir bölgəyə çevrilməsində Azərbaycan maraqlıdır. Söhbət bölgənin binaların tikilməsindən, şəhərlərin mədəni baxımından yenidən qurulmasından gedir. Bura ağıllı kənd layihəsi də daxildir. Biz öncə Qarabağın, sonra Azərbaycanın digər bölgələrlə əlaqəsini təmin etmək istəyirik. Bu, Qarabağın dinamik bölgə kimi inkişafı üçün böyük fürsətdir”, - UQAM-da yaxın Şərq məsələləri üzrə mütəxəssis Sebastian Bussua bildirb.
     “Bu çox unikal və vacib bir konfransdır. Konfransda sülhün təmin olunması mövzusu dünya ölkələrini bir araya gətirib. Qarabağdakı irsin və abidələrin yenidən bərpası olduqca vacibdir. Bu cür dağıntılar baş verməməli idi. Burda törədilənlər viran qalan təfəkkürün məhsuludur və qəzəbdən irəli gələn dağıntılardır. Azərbaycan burdakı dağıntıları yenidən qurmaqla bağlı səylərini artırır. Bu, təqdirə layiqdir”, - Hikmət Fondunun icraçı direktoru Zinət Şökətəli qeyd edib.
    Qeyd edək ki, Mayın 19-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən beynəlxalq konfrans mayın 20-də başa çatdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA