sedanews.az
sedanews.az

Mehdiyevin kürəkənin dövlətə bu qədər vergi borcu var

11-01-2023, 12:28 248 dəfə baxılıb


  Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkənin şirkətlərinin külli miqdarda dövlət borcu var.
Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin (Əli-Səftər) hazırda "German Hospital” adı altında fəaliyyət göstərən Astoriya Tibb Mərkəzinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 60 min manatdan çox vergi borcu yaranıb.
  Bir il əvvəl Ramiz Mehdiyevin kürəkəninə məxsus şirkətlərin dövlətə 4 milyon manatdan çox vergi borcu var idi. O, borcun xeyli hissəsini ödəsə də, hazırda yenə də dövlətə vergi borcu qalmaqdadır.
 Qeyd edək ki, İlham Əliyevin hazırda "Topaz” MTK, "Qala-R.L” MTK, NLT MMC, Premium Store MMC, "Servis” Mənzil-Tikinti Kooperativi, "E & S” MMC, "Aqua Safe”, "Dry Tech”, "Aqua Safe H2O” MMC və digər adlı şirkətləri mövcuddur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA