AAYDA: Azad edilmiş ərazilərdə 3 layihənin icrası başa çatıb Azərbaycanın işğaldan azad edilmiş ərazilərində avtomobil yolları ilə bağlı 3 layihənin icrası başa çatıb, 13 layihə isə icra olunur. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirdi. Onun sözlərinə görə, bəzi layihələrin icra vəziyyəti 70 %-i keçib. O, həmçinin köhnə Bakı-Quba yolunda təmirin bu ilin yayında başa çatacağını da əlavə etdi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri qeyd etdi ki, indiyə qədər Köhnə Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun təqribən 45 %-də təmir işləri aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: